Bakı avtobuslarında qorxulu cibgirlər: Ağızlarında “lezva” gəzdirirlər

Bakıda fəaliyyət göstərən avtobuslarda təzə cibgirlər peyda olub. Şahidlərin verdiyi xəbərə görə, cibgirlərə əsasən Xırdalan-Masazır istiqamətində hərəkət edən 119, 135, 525,199 nömrəli avtobuslarda rast gəlinir. Avtosfer.az missiya.az-a istinadən xəbər verir ki, üç nəfərdən ibarət olan cibgir dəstəsi sərnişinlərdən oğurluq etmək üçün xüsusi plan hazırlayırlar. Şahidlərin sözlərinə görə, oğrular qurbanlarını dövrəyə aldıqdan sonra niyyətlərini həyata keçirməyə çalışırlar. Onların bu çılğın əməllərini görən sərnişinlərə qarşı xüsusi amansızlıqla yanaşırlar. Bu oğruların ən təhlükəli cəhəti isə ağızlarında «lezva» gəzdirmələridir. Oğurluqlarından xəbər tutub müqavimət göstərən sərnişinləri ağızlarına yerləşdirdikləri «lezva» ilə qorxudurlar. Hadisə şahidi oğruların əlamətlərini də deyib. Onun sözlərinə görə, cibgirlərdən ikisinin boyu hündürdür, biri isə orta boyludur. Oğrulardan ikisi eynək taxır.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












