Bakı Beynəlxalq Avtovağzalında parkinqin qiyməti 4 MANAT oldu

Bakı Beynəlxalq Avtovağzal Kompleksində bu qurumun ərazisinə daxil olan hər bir avtomobil sahibindən müddətindən asılı olmayaraq 1 manat ödəniş tələb edildiyi barədə xəbər vermişdik.
Əksəriyyət isə vəziyyətdən narazı idi. Narazılığa səbəb ödənişin 5 dəqiqə müddətinə əraziyə daxil olub, sərnişini götürdükdən sonra oranı tərk edənlərə də şamil olunması idi. Ödəniş etməyənlərin yolunu isə şlaqbaum kəsir...
Qeyd edək ki, bir müddət öncə Azərbaycan Respublikası prezidentinin İşlər İdarəsinin balansına verilən Bakı Beynəlxalq Avtovağzal Kompleksi yenidən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansına qaytarılıb.
Avtosfer.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Yaşar İsakov modern.az-a avtovağzalın əsas girişində müasir ödəniş qurğuları quraşdırıldığını bildirib:
“Parkinqə daxil olan nəqliyyat vasitələri ilk 20 dəqiqə ödənişsiz dayanır. Artıq dayandıqda vaxta görə ödəniş edir.
20 dəqiqədən 2 saatadək – 1 manat;
2 saatdan 3 saatadək – 2 manat;
3 saatdan 6 saatadək – 3 manat;
6 saatdan 24 saatadək – 4 manat.
Avtovağzalın giriş hissələrində bu cədvəl əks olunub”.
Y.İsakov qeyd edib ki, sürücülərə təqdim edilən qəbz rəsmi sənəddir: “Avtovağzalın yan hissəsindəki dayanacağa daxil olarkən, sürücülərə qəbz təqdim olunur, onun üzərində 1 manat ödəniş haqqı göstərilir. Bu rəsmi sənəddir və dövlət büdcəsinə müvafiq vergi ödənilir. Nəzərinizə çatdıraq ki, ərazi Avtovağzal Kompleksinə məxsusdur, ərazinin asfaltlanması, işıqlandırılması, yaşıllıq zolağının salınması, təmizlik işlərinin aparılması, nəqliyyat vasitələrinə nəzarət və həmçinin göstərilən xidmətlərə görə kommunal ödənişlər bu vəsaitlər hesabına aparılır”.
Qrurum rəsmisi onu da deyib ki, digər parkinqlərdən fərqli olaraq, yan dayanacaqda nəqliyyat vasitələrinin saxlanmasına vaxtından asılı olmayaraq 12 saatadək 1 manat ödənilir.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










