Bakı metrosunda bunları etməyin - 10 manat cəriməsi var

Hər gün Bakı metrosundan 1 milyondan çox insan istifadə edir. Metronun 25 stansiyasının olduğunu nəzərə alsaq, stansiyalar üzrə hərəkət edən sərnişinlərin əksəriyyətinin sudan, saqqızdan, müxtəlif qidalardan istifadə edərək antisanitariya qaydalarını pozmasının şahidi olmamaq mümkün deyil. Xüsusilə də, yay aylarında suya tələbat artdığından, suyu içdikdən sonra qabları oturacaqların üzərinə atılır.
Avtosfer.az metbuat.az-a istinadən bildirir ki, oturacaqlarda, yerdə salfet, kontur kartları xoşagəlməz mənzərə yaradır. Tutacaqlara yapışdırılan saqqızlara görə isə adam ordan tutmaqdansa yıxılmağa üstünlük verir. Hələ burunları ilə oynayanların qatarda yaratdığı antisanitariya vəziyyəti lap ürək bulandırır.
Qatarlara zibil qablarının yerləşdirilməməsi özü də problemdən çıxmağa yardım etmir.
Qeyd edək ki, metronun vestibül və platformalarında zibil qablarının olmaması Beynəlxalq İctimai Nəqliyyat Assosiasiyasının qərarına əsasən qadağan olunub. Bu isə təhlükəsizlik məsələsi ilə əlaqələndirilir. Belə ki, terrorçular partlayıcını əsasən onun içərisinə yerləşdirir.
Dəfələrlə bir çox sərnişinin kartyükləmə aparatlarından çıxan çekləri elə oradaca yerə atıb getməsinə şahid olmuşuq. Halbuki, həmin aparatların yanında karton qutular da qoyulur.
Böyük bir ərazinin təmizliyi üçün yalnız metronun giriş-çıxışında bir zibil qabının nəzərdə tutulması da əlavə problemlərə yol açır.
Qadağanı pozanlara isə 10 manat cərimə olunur.

"Bakı Metropolitenindən istifadə qaydaları"nın 5.1.18. bəndinə əsasən, stansiyaların vestibüll, keçid və platformalarını, eskalatorları, yolları və vaqonların salonunu zibilləmək və çirkləndirmək, 5.1.19. bəndinə əsasən, yollara hər hansı əşya atmaq qadağandır. Məsələ ilə bağlı açıqlama verən "Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev mövcud vəziyyətdən danışıb: “Kimsə metronu müxtəlif tullantılarla çirkləndirirsə, bu birbaşa onun mədəniyyət göstəricisidir. Vaqon və stansiyalar mütəmadi şəkildə təmizlənir. Lakin insanlara nəzarət etmək mümkün deyil. Metrodan istifadə edənlər sanitariya qaydalarına riayət etməlidir. Qatar xəttdən çıxarkən, depoya gedən zaman gün ərzində 1-2 dəfə yuyularaq təmizlənir. Təmiz olmayan qatar xəttə buraxılmır. Onların çirkləndirilməsi də məhz xəttə buraxılarkən baş verir. Qaydaları pozanları 10 manat civarında cərimə gözləyir. Cərimələr metroda fəaliyyət göstərən polis əməkdaşları tərəfindən tətbiq edilir”.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










