Bakı polislərinin baş ağrısı

Sosial şəbəkələrdə romantik tanışlıqların xoşagəlməz nəticələri yalnız vətəndaşlar üçün deyil, hüquq-mühafizə orqanlarının əməkdaşları üçün də baş ağrısına çevrilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Xətai Rayon Polis İdarəsindən “Sputnik Azərbaycan”a bildiriblər ki, daxili işlər orqanlarına şantaj barədə daxil olan şikayətlərin sayı getdikcə artır.
Belə müraciətlərdən biri 34-cü polis bölməsinə 32 yaşlı qadın tərəfindən daxil olub.
O bildirib ki, yanvarın 16-da gecə saat 23:00-da 39 yaşlı Zaur adlı tanışı ona zəng edərək 150 manat tələb edib. Zaur ona pulun çatmayacağı təqdirdə aralarında olanlar barədə ərinə danışacağını deyib.
Şantajdan qorxmayan qadın isə polisə müraciət edib. Əlbəttə ki, polislər zərərçəkənin sirrini ərinə açmayacaqlar. Zaur isə şantaja görə qanun qarşısında cavab verməli olacaq. Hələlik o saxlanılmayıb.
Hüquq mühafizəçilərinin sözlərinə görə, sosial şəbəkələrdə uydurma adlar altında fırıldaqçılar fəaliyyət göstərir. Onlar qızlarla tanış olur, daha sonra öz məkrli planlarını həyata keçirmək üçün fəaliyyətə başlayırlar. Belə fırıldaqçılar “kişi qeyrəti” ifadəsindən xəbərsizdirlər. Ona görə də, qadınlar tanış olarkən daha diqqətli olmalıdırlar.
Xatırladaq ki, oxşar işə hazırda Bakının Binəqədi Rayon Polis İdarəsində baxılır. 30 yaşlı Ş.A. polisə müraciət edərək, tanımadığı şəxs tərəfindən şantaj olunduğunu bildirib. Şikayətçi qeyd edib ki, naməlum şəxs ona zəng edərək onun 28 yaşlı arvadının şəkillərini sosial şəbəkədə yerləşdirməklə hədələyib.
Zəng edənin sözlərinə görə, qadın həmin şəkillərdə çılpaqdır. O, 300 manat müqabilində susmağa razı olduğunu da bildirib.
Polis əməkdaşları kişini arvadından şübhələnməyə sövq etmə cəhdində şübhəli bilinən şəxsin kimliyini müəyyənləşdirirlər.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










