Bakı-Sumqayıt yolunda tıxaca çarə tapıldı - VİDEO

Bakı-Sumqayıt yolunda yaranan tıxacın qarşısı alınacaq. Sözügedən yolda sıxlığı aradan qaldırmaq üçün Sumqayıt şəhəri və Abşeron rayonundan gələn sərnişin avtobusları şəhərə buraxılmayacaq. Bu barədə Bakı Nəqliyyat Agentliyinin İctimaətlə əlaqlər şöbəsinin müdri Nuridə Allahyarova deyib. Sumqayıt və Abşerondan gələn sərnişin avtobusları şəhərə daxil olmadan metronun “Avtovağzal” stansiyası qarşısında dayanacaq. Belə olduqda sərnişinlər həm metro, həm də şəhər daxili avtobuslardan istifadə etməklə mənzil başına rahat gedəcəklər. Bunun üçün ərazidə müəyyən işlər də görülüb. Yəni nəqliyyatın mübadiləsi qovşağında hər bir avtobusun öz dayanacağı olacaq. Öz dayanacağından istifadə etməyən avtobus sürücüləri və sahibkarlar isə cərimə olunacaqlar.
Nuridə Allahyarovanın sözlərinə görə, bu gündən etibarən ''Baku Bus''a məxsus 2, 13, və 14 saylı avtobusların marşrutunda da dəyşiklik edilərək, son dayanacaq 20 Yanvar dairəsindən “Avtovağzal” metrostansiyasına qədər uzadılıb.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












