Bakı-Sumqayıt yolunda tıxaclara səbəb nədir? - Ekspert danışır

Demək olar ki, hər gün Bakı-Sumqayıt yolunda tıxac yaranır və bu, mənzil başına tələsən vətəndaşlarda ciddi narazılığa səbəb olur. Bakı-Sumqayıt yolunda təxaclara səbəb nədir? Avtosfer.az xəbər verir ki, Nəqliyyat məsələləri üzrə mütəxəssis Ərşad Hüseynov modern.az-a bildirib ki, bunun əsas səbəbi Binəqədi şossesində gedən təmir işləri ilə əlaqədardır. Onun sözlərinə görə bu səbəbə görə 2 aydır dözülməz tıxac problemi yaranıb: “Bakı-Sumqayıt yolunda tıxacın əsas səbəbi həm də Xırdalan dairəsidir. Xırdalan dairəsində yenidənqurma işləri aparmaq lazımdır. Həmin ərazidə 4, bəzən 5 zolaq 2 zolağa çevrilir. Körpünün aşağısını və tuneli genişləndirmək lazımdır”.
Ərşad Hüseynovun sözlərinə görə, bu işlər külli miqdarda investisiya və vaxt tələb edir. Müsahibimiz deyir ki, şəhər istiqamətində ən böyük problem Avtovağzalın qarşısında yaranır: “Avtovağzalın qarşısında genişlənmə aparmaq üçün məkan demək olar ki,yoxdu. Avtovağzalın qarşısında divarlar var ki, uçurumdur. Problemin həlli elə planlaşdırılmalıdır ki, sürücülər geniş zolaqlardan ensiz zolaqlara keçərkən bir-birinə mane olmasınlar. Problemin həlli əsasən bu istiqamətdə aparılmalıdır”.
Onun sözlərinə görə, təcili olaraq Binəqədi şossesində təmir işləri başa çatsa Bakı-Sumqayıt şossesinin vəziyyəti nisbətən düzələr. “Gələcəkdə Biləcəri qəsəbəsindən 9-cu mikrorayona birbaşa çıxan yolun salınması da yaxşı nəticə verər. Bu, Bakı-Sumqayıt yolunun vəziyyətini daha da yaxşılaşdıracaq”.
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO










