Bakıda 8 dəqiqə ərzində 3 qayda pozuntusu kameraya düşdü – VİDEO

Sentyabrın 21-də 8 dəqiqə ərzində Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan bir neçə sürücü Avtosfer.az-ın kamerasına düşüb. Belə ki, "Lexus GS 300" markalı 90-DA-099 qeydiyyat nişanlı avtomobilin sürücüsü Yasamal rayonu, Nazim Hikmət küçəsində 1.3 xəttinin tələbini pozaraq tam olaraq əks istiqamətdə yüksək sürətlə hərəkət edərkən qeydə alınıb.
Həmin tarixdə Mirəli Seyidov küçəsindən gələn "Opel Antara" markalı 90-ZN-634 qeydiyyat nişanlı avtomobilin xanım sürücüsü yolun əksi istiqamətində axına qarşı hərəkət edərək Nazim Hikmət küçəsinə daxil olaraq “ASAN xidmət” mərkəzi tərəfə getmək istəyib.
Bakının Mikayıl Müşviq küçəsiylə Parlament prospektinin kəsişməsində düzünə hərəkət təşkil olunnuş zolaqda hərəkət edən "Samand Soren" markalı 90-TN-381 qeydiyyat nişanlı avtomobilin sürücüsü düzünə hərəkət etmək əvəzinə sol zolaqdan birbaşa sağa dönərək bir neçə avtomobilə maneə yaradıb.
Ümid edirik ki, DYP əməkdaşları qeyd etdiyimiz sürücüləri aşkar edərək onları məsuliyyətə cəlb edəcək. Belələri qaydaları öyrənmədən və ya öyrənsə də, həmin qaydaları pozmağa davam etdiyi təqdirdə cəzasız qalmamalıdır.
Təbriz
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












