Bakıda avtobusda "toy kalonkası": Aygün oxuyur, "feyziyab" edir – FOTO + VİDEO

Azərbaycanda İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliyə görə, şəhərdaxili marşrutlarda audio cihazlardan istifadə sərnişindaşıma qaydalarının pozulması hesab olunur. Bu qayda pozuntusuna görə 40 manatdan 50 manatadək cərimə nəzərdə tutulub. Bir sözlə, avtobuslarda audio cihazların, radio, maqnitofon və musiqi dinləmək üçün digər vasitələrin istifadəsi qəti qadağandır. Nəqliyyat vasitələrinin salonlarında səs-küy yaradaraq sərnişinlərin zövqünü və əsəblərini korlayan musiqilər oxudan sürücülər 40-50 manat məbləğində cərimələnə bilər. Avtosfer.az xəbər verir ki, bu barədə unikal.org bu sahədə bir sıra araşdırma aparıb. Məlum olub ki, bir neçə il bundan əvvəl şəhər daxili avtobuslarda bu istiqamətdə real tədbirlər görülsə də, hazırda bu məsələyə müvafiq qurumlar məhəl qoymurlar. Bu gün əksər sərnişin avtobuslarında bu hala rast gəlinir. Unikal.org-un əməkdaşı 165 saylı 10 TG 836 dövlət nömrə nişanlı avtobusda bu halı müşayət edib. Məlum olub ki, ev şəraitində istifadə edilən səsgücləndirici qurğunu avtobusa quraşdırılıb. Narazı sərnişinlərə məhəl qoymayan sürücü yüksək tonla, özünü diskotekada hiss edirmiş kimi yoluna davam edir. Həmin avtobusdan çəkilmiş video və fotoları oxuculara təqdim edir. Videoda Azərbaycanın məşhur xanım müğənnisi Aygün Kazımovanın musiqi sədaları altında sərnişinlər daşınır.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?















