Bakıda avtobusları cərimə meydançasına yığdılar – Qəribə SƏBƏB

Bakıda yol polisi əməkdaşları avtobusları cərimə meydançasına aparır. Bu hal iki gün əvvəl «Koroğlu» metrostansiyası ətrafında daha geniş şəkildə müşahidə olunub. Şahidlərin Avtosfer.az-a verdiyi məlumata görə, yol polisləri bir gündə 50-dək avtobusu cərimə meydançasına aparıb. Vəziyyəti belə görən avtobus şirkətlərinin rəhbərləri işi dayandırmalı olub və xətdəki avtobusları qaraja yığıb. Sürücülər bildiriblər ki, avtobusların cərimə meydançasına aparılmasının səbəbi həmin avtobuslarda kameranın olmaması ilə bağlıdır. Belə ki, yol polisi əməkdaşları avtobus sürücülərindən avtobusların salonuna və bayır tərəfdən qapıların girişinə kamera quraşdırılmasını tələb edib. Kamerası olmayan avtobuslara qarşı bu cür tədbirlərin davam etdiriləcəyi bildirilib.
Avtosfer.az-a məlumat verən sürücülər bildiriblər ki, yol polisi əməkdaşları avtobuslara kamera quraşdırılması ilə bağlı tələbin rəhbərlik tərəfindən irəli sürüldüyünü bildiriblər. Lakin sürücülər iddia edir ki, bununla bağlı onlara əvvəlcədən xəbərdarlıq edilməyib.
Lakin əldə etdiyimiz məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən avtobuslarda cibgirlik və digər neqativ halların qarşısının alınmsına, baş verən cinayətlərin üstünün açılmasına, sürücülərin sərnişinlərlə münasibətin və qayda pozuntularına nəzarət etmək üçün avtobuslara kamera quraşdırılması ilə bağlı sərnişindaşıma şirkətlərinin rəhbərlərinə tapşırıq verilib. Lakin onların əksəriyyəti buna əhəmiyyət verməyib. Buna görə də yol polisi avtobuslara qarşı reyd keçirib və onlarla avtobus cərimə meydançasına aparılıb.
Qeyd edək ki, qanunvericilikdə avtobuslarda kameraların olması barədə tələb yoxdur. Lakin təhlükəsizlik məqsədilə, habelə neqativ halların qarşısını almaq üçün bu cür vasitələrin avtobusların salonunda və qapılarında olması məqsədəuyğun olardı. Ümid edirik ki, sərnişindaşıma şirkətləri polisin bu tələbini anlayışla qarşılayacaq və yaranmış vəziyyət həllini tapacaq.
Onu da bildirək ki, hazırda «Bak Bus»un avtobuslarında kameralar mövcuddur və bəzi xoşagəlməz hallar yarandıqda bu kameraların görüntüləri faydalı olur.
Elməddin
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












