Bakıda avtomobil dayanacaqlarına nəzarət edən yaşlı qadın…

Artıq iki ildən çoxdur ki, paytaxt Bakının əksər küçələrində parkomatlar quraşdırılıb. Parkomatların olmadığı küçələrdə isə hələ də “əli çubuqlular” və ara məhəllələrdə səkilərdə, yol kənarlarında qeyri-rəsmi olaraq sürücülərdən ödənişlər tələb edən şəxslər var. Bu “ödənişli dayanacaqlara” nəzarət ayrı-ayrı şəxslər tərəfindən edilir. Paytaxt Bakının parkomat olmayan ərazilərində avtomobil saxlamağa nəzarət edən şəxslərdən biri də təxminənən 70 yaşlarında olan bir qadındır. O, Nəsimi rayonundakı “28 Mall” ticarət mərkəzinin ətrafında, Füzuli küçəsi və Azadlıq prospektindəki parkomat olmayan ərazilərdə avtomobillərin saxlanmasına nəzarət edir. Onun nəzarətində 4-5 işçi var. Onlar qeyd edilən ərazilərdə sürücülərdən yığdıqları pulları həmin qadına verirlər və buna görə də gündəlik maaş alırlar.
Avtosfer.az xəbər verir ki, bu barədə musavat-ın əməkdaşı martın 21-də həmin qadının Dövlət Yol Polisi (DYP) əməkdaşları ilə mübahisəsinin şahidi olub. Belə ki, “28 Mall” ticarət mərkəzinin qarşısında avtomobil saxlamağa icazə verməyən DYP əməkdaşları yaşlı qadının qəzəbinə tuş gəliblər. Polis əməkdaşlarına hədə-qorxu gələn qadın yüksək vəzifəli şəxslərin adını çəkərək, bu əməllərinə görə həmin polisləri cəzalandıracağını deyirdi.
Yaşlı qadının kimliyinə gəlincə, onunla söhbət edib, kim olduğunu öyrənməyə çalışdıq. Əvvəlcə 3 şəhid anası olduğunu deyən yaşlı qadın, dolanışığını bu cür təmin etdiyini dedi. Davamında isə söhbəti yarıda kəsərək, bizdən uzaqlaşdı.
Ətrafdakı taksi sürücülərindən onun kimliyini öyrənməyə çalışdıq. Taksi sürücüləri də həmin qadının şəhid anası olması haqda məlumatlı olduqlarını desələr də, əlavə heç nə bilmədiklərini söylədilər. Yaşlı qadının adını belə bilməyən taksi sürücüləri onun heç kimdən qorxmadığını, ticarət mərkəzinin ətrafındakı yol kənarlarında avtomobillərin dayanmasına onun şəxsən nəzarət etdiyini bildirdilər.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










