Bakıda azyaşlı avtobusda konduktorluq edir - VİDEO

Sərnişin avtobusunda azyaşlı uşaq konduktor kimi çalışır. O avtobusun gedəcəyi əraziləri deyərək sərnişinləri səsləyir. Görüntülər metronun ''28 May'' stansiyası yaxınlığında çəkilib. Dayanacaqda dayanan 4 saylı marşurut avtobusunun arxa qapısında duran azyaşlı konduktorluq edir. Bu görüntülər bir daha yetkinlik yaşına çatmayanların əməyindən məcburi istifadə hallarını aktuallaşdırıb. Biz də məsələni araşdırmaq üçün 4 saylı avtobusların son dayanacağına getdik. Sözügedən xəttin nəzarətçisi Elçin Qasımov iddia etdi ki, onların avtobuslarında azyaşlıların əməyindən heç vaxt istifadə olunmur.
Ailə, Qadın və Uşaq məsələləri üzrə dövlət komitəsinin informasiya və analtik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirdi ki, bu kimi hallar həm cinayət, həm də inzibati xətalar məcəllələrində öz əksini tapıb. Əgər uşağın məcburi əməyə cəlb edilməsi halı ilk dəfə baş verirsə və onun sağlamlığına təsir etmirsə, bu, inzibati xətalar məcəlləsi ilə tənzimlənir və belə şəxslər 100-300 manat məbləğində cərimələnir.
Cinayət Məcəlləsinə görə isə, bu hal ardıcıl baş verərsə və uşağın sağlamlığına zərər vuran hansısa bir amil varsa, belə hallara yol verən şəxslər 7 ildən 10 ilə qədər azadlıqdan məhrum edilir.
Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, həmin kadrlara baxış keçiriləcək və məsələ araşdırıldıqdan sonra lazımı tədbirlər görüləcək.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












