Bakıda "Bələdiyyə avtobusu" adı altında sərnişin daşınır - VİDEO

Üzərində heç bir marşrut nömrəsi olmayan mikroavtobus sərnişindaşımada istifadə olunur. Avtobusların trafaretlərinə isə bələdiyyə avtobusları yazılıb. Avtobuslar Sulutəpə-Binəqədi qəsəbələri arasında sərnişinlərin daşınmasına xidmət edir. Sürücülər deyirlər ki, mikroavtobuslar Binəqədi qəsəbə bələdiyyəsinə məxsusdur və buna görə də avtobusların üzərində bu sözlər yazılıb. Sürücülər onu da bildirir ki, bu qəsəbələr arasında ictimai nəqliyyat vasitəsi işləmir, bu avtobuslar isə elə sakinlərin öz istəyi ilə xidmət göstərir.
Binəqədi qəsəbə bələdiyyəsi isə sürücülərin dediklərinin yalan olduğunu dedi. Bələdiyyədən bildirildi ki, həmin avtobuslar onlara aid deyil və başqa bir şəxsə məxsusdur. O ki qaldı ''bələdiyyə avtobusu'' sözünün yazılmasına, bildirdilər ki, bu, vaxtilə bələdiyyənin öz razılığı ilə olub. Ancaq indi həmin yazıların sahibkardan çıxarılması istənilib.
Avtobusların sahibi Şahbaz Yaqubov isə bildirdi ki, avtobuslar ona məxsusdur.
Bakı Nəqliyyat Agentliyindən bildirilir ki, həmin nəqliyyat vasitəsi ilə sərnişin daşınması qaydalara ziddir və onların fəaliyəti tamamilə qanunsuzdur. Bələdiyyə avtobusu adı altında bu qanunsuz fəaliyyətin qarşısını almaq üçün Agentlik dəfələrlə rayon İcra Hakimiyyətinə, qəsəbə bələdiyyəsinə və digər müvafiq qurumlara müraciət edib. Lakin bu günə qədər həmin avtobusların qanunsuz fəaliyyətinin qarşısı alınmayıb.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












