"Bakıda bəzi dayanacaqlar düzgün quraşdırılmayıb" - Tədbir görüləcək

"Bakının bəzi yerlərində avtobus dayanacaqları düzgün yerlərdə quraşdırılmayıb. Əslində döngələrdə, yolayrıclarında, piyada zolaqlarının yanında dayanacaqlar olmamalıdır. Məsələn, Tbilisi prospektində "Çıraq Plaza"nın yanındakı dayanacaq. Belə dayanacaqların yeri dəyişdiriləcək, yəni bir qədər aralıya köçürüləcək, amma tam ləğv edilməyəcək". Avtosfer.az xəbər verir ki, bu barədə milli.az-a Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib. Onun sözlərinə görə, dayanacaqlara harada ehtiyac olub-olmaması ilə bağlı BNA tərəfindən mütəmadi araşdırma aparılır: "Yəni harada ki, dayanacaq olmamalıdır, yəni avtobusların dayanması düzgün deyil, amma orada pavilyon qoyulub və ya harada ki, pavilyon lazımdır, amma qoyulmayıb və avtobuslar da orada saxlamır, həmin yerlər dəqiqləşdirilir, təhlillər aparılır. Harada zərurət varsa, orda dayanacaq nişanları qoyulur. Məsələn, ən son 17 yeni ünvanda yeni dayanacaq nişanları quraşdırılıb. Biz hələlik dayanacaqların yerini müəyyənləşdirir və orada bunun üçün xüsusi nişanlar quraşdırırıq. Orada dayanacaq pavilyonunun qoyulması isə bir qədər sonra mümkün olacaq. Çünki dayanacaqların Bakı Şəhər İcra Hakimiyyətindən alınaraq BNA-ya verilməsi hələlik təhvil-təslim mərhələsindədir".
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












