Bakıda bıabırçılıq – Maşını park etmək həm olar, həm də olmaz – FOTO

Bakıda yol hərəkətinin təşkili ilə bağlı daha bir biabırçı fakt ortaya çıxıb. Avtosfer.az-a oxucuların göndərdiyi fotodan da göründüyü kimi, Dilarə Əliyeva küçəsində qoyulan yol nişanları arasında ziddiyət var. Belə ki, nişanlardan biri burada dayanma-durmanı qadağan edir. Digəri isə burada avtomobillərin səkiyə paralel şəkildə park edilməsinə icazə verir.
Avtosfer.az bildirir ki, sürücülər belə halda dayanma-durma qaydalarını pozmağa görə məsuliyyətə cəlb edilə bilməzlər. Çünki bu dərəcədə aşkar ziddiyət heç bir halda sürücünün cərimələnməsi ilə nəticələnməməlidir. Həmin nişanlardan biri dərhal götürülməlidir və götürüldü də. Avtosfer.az məsələ ilə bağlı Bakı şəhər DYP-yə müraciət edəndən sonra dərhal araşdırma aparıldı. Məlum oldu ki, orada dayanma-durmanı qadağan edən nişan çoxdan var. Lakin Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin əməkdaşları qanunsuz olaraq parklanmaya icazə verən nişan da quraşdırıblar. Ərazidə parkomat olmadığı üçün nişanın ora nə məqsədlə qoyulduğu məlum deyil. DYP əməkdaşları dünən gecə parklanma nişanını oradan götürüblər.
Elməddin
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı













