Bakıda bu avtomobilin sürücüsü 2 ayda 23 dəfə radara düşüb - VİDEO

Dünən Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan «Mercedes» markalı avtomobillə bağlı video yayımlamışdıq. Sosial şəbəkələrdə bəziləri bizə irad tutmağa çalışdı ki, guya bu sürücü harasa tələsib və buna görə qayda pozub. Yəni, bunu şişirtmək lazım deyil. Lakin Avtosfer.az-ın apardığı kiçik araşdırmalar nəticəsində məlum olub ki, "Mercedes - S-350" markalı, 90-AB-019 dövlət nömrə nişanlı avtomobilin sürücüsü təkcə sentyabrın 25-də Şövkət Məmmədova küçəsində yol hərəkəti qaydalarını pozmayıb. O, son iki ay ərzində 23 dəfə radara düşüb. Sürücünün qayda pozuntularından 17-si sürət həddinin aşılması ilə bağlıdır. Belə ki, onun 7 ədəd 10 manatlıq, 10 ədəd 50 manat-2 ballıq cəriməsi var. Bundan əlavə, qoşa xəttin tələbini pozaraq avtomobili yolun əks istiqamətinə çıxarmaqla nəqliyyat axınına qarşı hərəkət etdiyinə görə 6 dəfə kameraya düşüb. Bu əməlinə ona 6 dəfə 100 manat-4 bal cərimə tətbiq edilib. Ümumilikdə isə hazırda həmin avtomobilin sürücüsünün 1170 manat cərimə borcu var. Cərimə balları isə son 2 ayda 44 bal təşkil edir. Bununla da, artıq həmin avtomobili idarə edən şəxsin sürücülük hüququ məhdudlaşdırıla bilər.
Qeyd edək ki, bu avtomobil «ERİ» firmasına məxsusdur.
İnzibati Xətalar Məcəlləsi. Maddə 327.7. Bu Məcəllənin 327.2 - 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 342.7, 343.1 və 346.3-cü maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə -
nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır.
Elmin
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO











