Bakıda bu restoran sürücüləri qayda pozmağa çağırıb elan verdi - “Bas getsin” - FOTO

Yusif Səfərov küçəsindəki “Çaynataun” restoranı özünün feysbook səhifəsində maraqlı paylaşma edib və sürücüləri qayda pozmağa çağırırb. Bu barədə Avtosfer.az-a oxuculardan biri məlumat verib. Bildirilir ki, həmin restoran paylaşım edərək müştəri yığmağa çalışıb və onları əmin edib ki, axşam saat 8-dən sonra Yusif Səfərov küçəsində yeni salınan avtobus zolağında maşın saxlayana cərimə yazılmayacaq. Elanda belə yazılıb: “Hər gün 20:00-a kimi düzgün parkinq üçün avtomobilinizi bizim "Rahat parkinq" əməkdaşına etibar edə bilərsiniz. 20:00-dan sonra isə parkinq qadağası olmadığından "BUS getsin!".
Yusif Səfərov 52”.
Bununla restoran sahibləri sürücülərə demək istəyir ki, axşam saat 8-dan sonra maşını avtobus zolağında saxlamaq olar. Lakin onlar unudurlar ki, saat 8-dən sonra da avtobuslar işləyir. Ən əsası isə orada yol nişanları var və dayanmar-durmaq qadağan edilib. Onların yaddaşını təzələmək üçün qeyd edək ki, qanun saat 8-dən sonra da qüvvədədir.
Maraqlıdır ki, istifadəçilərdən biri həmin elana cavab yazaraq sual verib ki, bunu hansı əsasla edirlər. “Çaynataun”dan isə belə cavab verilib: “Bizim demək istədiyimiz, 20:00-a kimi “Çaynataun”a avtomobillə gələn şəxs avtomobili “BUS” yazılan zolaqda park edərsə, maşın dərhal cərimə meydançasına aparıla bilər. Amma 20:00-dan sonra cərimə meydançasına aparılma halları baş vermədiyindən, avtomobili saxlarkən bu haqda narahatçılığa səbəbin olmamasıdır”.
Qanunun tələbinə əsasən, 5.9 nişanı və 1.23 nişanlanması (“BUS” yazısı) ilə işarələnən bu zolaqda digər nəqliyyat vasitələrinin hərəkəti məhduddur və park edilməsi qadağandır.
Elmin
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?













