Bakıda ən çox piyada ölümü bu yolda olur - VİDEO

Piyada keçidinin olmaması paytaxtın Yusif Səfərov küçəsinə yaxın yaşayanlar üçün ciddi problemdir. Çünki intensiv hərəkət olan yolu keçmək üçün uzun məsafə qət etməlisən. İnsanların çoxu bu uzun məsafəni getməmək üçün təhlükəli yolu ayaqla keçmək istəyir. Elə buna görə də bu küçə paytaxtda piyada ölümü ilə nəticələnən qəzaların ən çox baş verdiyi yerlərdəndir. Küçənin hər iki hissəsində yaşayış evləri, iş mərkəzləri, park, iki xəstəxana, dövlət qurumları və məktəb yerləşdiyini nəzərə alsaq,burda keçidin olmamasını başa düşmək çətindir.
Bu küçədən tez-tez keçən Rafael kişi isə keçidın omamasına şeir də yazıb.
Ekspert Ərşad Hüseynov deyir ki, yol hərəkəti təşkil olunarkən bütün iştirakçıların fasiləsiz və təhlükəsiz hərəkəti təmin edilməlidir. Yol hərəkətinin ən kütləvi iştirakçıları piyadalar olduğundan piyadalara hər cür şərait yaradılmalıdır.
Bakı Nəqliyyat Agentliyi də məsələyə münasibət bildirib. Qurumdan bildirirlər ki, paytaxtdakı bütün piyada keçidləri ilə bağlı vəziyyət təhlil edilərək yekun nəticə hazırlanıb ki, bu da gələcəkdə keçid problemlərini həll etməyə imkan verəcək.
Agentlikdə hesab edirlər ki, təkliflər paketinin təqdimatından sonra problem öz həllini tapacaq.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












