Bakıda evakuator avtomobili 50 saniyəyə apardı - VİDEO

Yazarlar 7 Fevral 2016 23:29 Oxunub 3853
Bakıda evakuator avtomobili 50 saniyəyə apardı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vətəndaşın «Bizi maraqlandırmayan 4 sual» başlıqlı yazısı çox məqamlara aydınlıq gətirir

Samir Mamedov Avtosfer.az-a ünvanladığı bu açıqlaması ilə maraqlı məqamlara toxunub. «Bizi maraqlandırmayan 4 sual» başlıqlı yazı maraqlı oldduğu üçün oxucularla bölüşmək qərarına gəldik:

Nə üçün DYP əməkdaşları dayanma, durma və ya parklanma qaydalarının pozulmasına görə nəqliyyat vasitələrini evakuator vasitəsilə təxliyyə edərkən yerində protokol tərtib etmirlər?

Nə üçün nəqliyyat vasitələrini təxliyyə edərkən evakuator avtomaşınında DYP əməkdaşı yox, PPX əməkdaşı olur və onun qayda pozuntusunu sənədləşdirməyə səlahiyyəti çatırmı? (bəzən vizual görüntü yaratmaq üçün üzərində YPX yazılmış gödəkçə geyinirlər).

Nə üçün içərisində polis əməkdaşı olan evakuator avtomaşını yol hərəkəti qaydalarını gün ərzində dəfələrlə pozur, lakin bunu nə DYP əməkdaşları, nə də “Təhlükəsiz şəhər” kameraları “görmür”? (bir qayda pozuntusunu aradan qaldırmaq məqsədilə düzgün parklanmayan avtomaşını təxliyyə edərkən evakuator avtomaşının azı 7-8 dəfə qayda pozmasında bir məntiq yoxdur).

Nə üçün piyadaları yolun hərəkət hissəsinin müəyyən olunmayan yerdən keçilməsinə görə qanunun tələblərinə uyğun olaraq DYP əməkdaşı deyil, PPX əməkdaşı cərimələyir? (üzərində YPX yazılmış gödəkçə geyinsələr də geyim dəstinin qolunda PPX yazısı olur).

Dayanma, durma və ya parklanma qaydalarının pozulmasına görə nəqliyyat vasitələrini evakuator vasitəsilə təxliyyə edərkən DYP (faktiki PPX) əməkdaşları ya Azərbaycan Respublikasının qanunvericiliyini bilmir, ya da qanunun tələblərinə bilərəkdən əməl etmirlər. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 429-5.5-ci maddəsində göstərilir ki, nəqliyyat vasitəsi foto və ya video çəkiliş aparılmaqla, inzibati xəta haqqında protokol tərtib edildikdən sonra mühafizə edilən duracağa aparılmalıdır. Yəni avtomaşın təxliyyə edilməmişdən əvvəl protokol tərtib edilməlidir. (mühafizə duracağında başqa əməkdaş tərəfindən yox). Bəlkə də protokol tərtib edilmədən avtomaşının aparılmasının 2 səbəbi var: ya yolda baş verəcək ehtiyatsızlıqdan və ya qəza nəticəsində təxliyyə edilən avtomobilə dəyəcək zərərə görə DYP əməkdaşını sığortaladığı üçün, ya da cəriməni büdcədən yayındırmaq üçün düşünülmüş pis vərdişdir. Ola da bilər ki, evakuator maşınında olan polis əməkdaşı DYP deyil, PPX əməkdaşı olduğu üçün qayda pozuntusunu sənədləşdirməyə səlahiyyəti çatmadığından protokol tərtib edə bilmir. Bu DYP əməkdaşlarının hər gün təkrarlanan işləmə prinsipidir. Qəribəsi də budur ki, bu faktlar neçə illərdir bizim gözümüzün qarşısında, “Təhlükəsiz şəhər” kameralarının yaddaşlarında, bəzən də DYP-nin yüksək rütbəli əməkdaşlarının iştirakı ilə həyata keçirilir. Nəticədə rəsmiləşdirilməyən protokollar büdcəyə ödəmələri dəfələrlə azaldır.

Təsadüfi seçilmiş videoda görünən polis əməkdaşına İXM-nin müvafiq maddəsini xatırladıram!

İnzibati Xətalar Məcəlləsi. Maddə 429-5.5.

Bu Məcəllənin 158-1.1-ci və ya 158-1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı (yəni -dayanma, durma və ya parklanma qaydalarını pozma) törətmiş şəxs nəqliyyat vasitəsinin yanında deyilsə inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati xəta haqqında protokol tərtib edilir və nəqliyyat vasitəsi mühafizə edilən duracağa aparılır. Bu halda inzibati xəta haqqında protokolda nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. Protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin protokol barədə bu Məcəllənin 429-6.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh