Bakıda “gəzən” təhlükə - FOTO

İyulun 31-də Sumqayıtda sahibsiz itin 5 yaşlı şəhər sakini Mikayılzadə Zeynəb Elçin qızını dişlədiyi və azyaşlının quduzluq xəstəliyinə tutularaq dünən vəfat etdiyi haqda məlumat vermişdik. Sahibsiz itlərin vətəndaşlara hücum etməsi haqda xəbərlər son zamanlar regionlardan da eşidilir (Neftçala, Cəlilabad, Şəki, Ucar, Ağstafa). Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, paytaxt da bu təhlükədən sığortalanmayıb. Aylar öncə Bakının Nərimanov rayonunda sahibsiz it təxminən 40-45 yaşlarında bir qadını parçalamışdı. Binəqədi rayonunda da bir uşağı dişləmişdi. Bu qədər faciənin fonunda aidiyyətı qurumlar, hələ də, müşahidəçi mövqeyindədirlər. "Koroğlu" metro stansiyasının yanında, Olimpiya şəhərciyinin qarşısındakı park tədricən sahibsiz itlərin məskəninə çevrilməkdədir. Sözügedən ərazidə günbəgün artan sahibsiz itlər əsl təhlükə mənbəyinə çevrilir. Əhalinin sıx olduğu ərazidə itlərin bir-biri ilə didişməsi artıq sakinlərin adət etdiyi adi hadisəyə çevrilib. Parkdan çəkilmiş bir neçə fotonu təqdim edirik. Bu görüntülər insanların təhlükənin bir addımlığında olduqlarının göstəricisidir.


Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












