Bakıda işləməyən işıqforlar sürücüləri çətin vəziyyətə salır - VİDEO

Küçədə işləməyən işıqforlar sürücüləri çətin vəziyyətə salır. Söhbət paytaxtın Məhəmməd Xiyabanı küçəsindəki bir həftədir işləməyən işıqforlardan gedir. Avtosfer.az xəbər verir ki, bu yolda günün istənilən vaxtı real qəza vəziyyəti qaçılmazdır. Sürücülərin sözlərinə görə, işıqfora görə bir neçə dəfə qəza da olub. Hətta onlar bu yolda işləməyən işıqforun qırmızı işığında keçdiklərinə görə cərimələniblər.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirir ki, belə bir vəziyyətdə ya işıqforların hamısı söndürülməlidir, ya da mütləq həmin yola hərəkəti nizamlamaq üçün yol polisi ayrılmalıdır.
Məsələ ilə bağlı açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov bildirdi ki, əraziyə baxış keçiriləcək və ən qısa zamanda mövcud problemin aradan qaldırılması üçün tədbirlər görüləcək. O ki qaldı işıqforun işləmdiyi vaxt həmin ərazidə qaydanı pozan sürücülərə, onlar barəsində heç bir cərimə tətbiq olunmayacaq.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












