Bakıda itə qarşı vəhşilik – VİDEO

Bakıda itlərin zərərsizləşdirilməsi zamanı xoşagəlməz görüntülər ortaya çıxıb. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları iti tikanlı məftillə tutmağa çalışıblar. Tikanlı məftil itin başına, ağzına ilişərək, heyvana xəsarət yetirib. Buna baxmayaraq, icra əməkdaşları iti tikanlı məftillə dartaraq, ona qarşı amansızlıq ediblər. Ərazidə bunu görən sıravi vətəndaşlar dəhşətə gəlib, icra işçilərinə öz iradını bildirərək, itə zülüm verməməyi, onu buraxmağı tələb ediblər. Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinin sahə rəisi Ərəstun Əmiraslanov bir müddət öncə bildirmişdi ki, onların itləri öldürməsinə icazə yoxdur. Sahibsiz itlər sığınacağa yerləşdirilir. Sığınacaqda itlər baytar müayinəsindən keçir, yemək verilir, vaksinlənirlər. Sahə rəisi hər bir vətəndaşın sahibsiz heyvanlar, itlərlə bağlı günün 24 saatı, +12 5650926/27 nömrəsi ilə əlaqə saxlaya biləcəyini xüsusi vurğulayıb. Hadisə ilə bağlı görüntüləri təqdim edirik:
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












