Bakıda körpülərin altı və tunellərin üstü avtoparka çevrilib - VİDEO

Bakıda körpünün altı avtoparka çevrilib. Sıra ilə dayanmış avtomobillər mühafizə olunan avtoparkı xatırlatsa da, əslində qanunsuzdur. Avtosfer.az xəbər verir ki, söhbət 3-cü mikrorayon dairəsinin üzərindəki yol ötürücüsünün altından gedir. Həmin ərazidə saxlanan avtomobillər həm əhaliyə, həm də şəhərin yol-nəqliyyat infrastrukturuna təhlükə yaradır. Yol ötrücüsünün altında avtomobili park edənlər rayonlara sərnişin daşıyanlar, yaxud da yaxınlıqdakı iş yerlərinə gələnlərdir.
Məlum oldu ki, körpünün altında avtomobil saxlamaq üçün sürücülər gündəlik 1 manat ödəyirlər. Çox çəkmədi ki, pulu yığan həmin şəxs də gəlib çıxdı. Çəkilişi görən həmin yaşlı kişi əraziyə nəzarət etdiyini və pulu məcburi almadığını dedi.
Bənzər vəziyyət Salamzada küçəsindən Ziya Bünyadov prospektinə doğru olan böyük tunelin üstündə də yaşanır. Ərazidəki dar küçələrin sakinləri avtomobillərini tunelin üstündə saxlayıb evə gedirlər. Əslində isə bu da qadağandır.
"Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinə əsasən, dəmiryol keçidlərində, tunellərdə, habelə estakadalarda, körpülərdə və onların altında dayanma və durma qadağandır. Əgər hansısa sürücü bu qaydanı pozursa, onu 20 manat cərimə gözləyir.
Bir müddət əvvəl ''Azəravtoyol'' ASC-nin əməkdaşları bəzi körpülərin altına, tunellərin isə üstünə nəqliyyat vasitələrinin daxil olmasının qarşısı almaq üçün beton maneələr yerləşdirmişdi. Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov isə deyir ki, hərəkətlə bağlı məcburi nasazlıq yarandığı təqdirdə belə sürücü avtomobili oradan çəkməyə məcburdur. Aşkarlandığı təqdirdə sürücülər inzibati məsuliyyətə cəlb olunacaqlar.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










