Bakıda kreditlə maşın alan kişinin başına iş gəldi

Bakı sakini üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib. Avtosfer.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, 1979-cu il təvəllüdlü Faiq Bağırov Səbail rayon Prokurorluğuna ərizə ilə müraciət edərək bildirib ki, 2013-cü ildə bankların birindən yeni aldığı “Kia Rio” markalı avtomobili girov qoyması müqabilində 13800 dollar kredit götürüb. Lakin həmin krediti ödəyə bilmədiyi üçün F.Bağırov avtomobili 2016-cı ilin avqustunda 34 yaşlı Teymur Məmmədova satıb və Yasamal rayonundakı notariusda maşını onun adına sənəndləşdirib. Avtomobili almaq üçün müəyyən məbləğdə pul verən T.Məmmədov qalan krediti ödəməyi üzərinə götürüb. Lakin bu günlərdə məlum olub ki, avtomobili alan şəxs kredit öhdəliyini yerinə yetirməyib və onu başqasına satıb.
Müraciət əsasında araşdırma aparılır.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












