Bakıda məmur yolu kəsib piyada səkisini bağlatdırdı - VİDEO

Bakının Səbail rayonu, Bayıl qəsəbəsində «tikinti bumu» başlayıb. Artıq bir çox iş adamları, habelə bəzi məmurlar Bayıl qəsəbəsində yaşayış zonalarını alıb evləri sökürlər. Avtosfer.az xəbər verir ki, belə ərazilərdən biri də Neftçi Qurban küçəsindəki 5 saylı doğum evinin yanıdır. Bu ərazinin Səbail rayonunda yüksək vəzifə tutan məmurlardan biri tərəfindən alındığı bilidrilir.
Artıq ərazidəki bütün evlər sökülüb və qazıntı işləri aparılır. Tikinti zonası hasara alınarkən yol təsərrüfatına ciddi ziyan vurulub. Belə ki, ərazidəki yol nişanları yoxa çıxıb. Buranı alanlar daha da irəli gedəpək piyada səkisini zəbt ediblər. Avtosfer.az-ın təqdim etdiyi videodan da göründüyü kimi, tikinti aparanlar buranı şasara alıb və bu zaman hasarı səkinin yolla birləşən nöqtəsindən qoyublar. Bununla da, həmin hissədə piyadaların hərəkəti çətinləşib. Həmin ərazidə doğum evi, məhkəmə, 49 saylı orta məktəb yerləşir və gün ərzində yüzlərlə insan səki zəbt olunduğu üçün yolun hərəkət hissəsinə çıxmalı olurlar. Bu da onların həyatını təhlükəyə atmaq deməkdir.
Bundan əlavə, tikinti aparanlar burada yolu da kəsiblər. Belə ki, paralel küçədən Neftçi Qurban küçəsinə birləşən yol tam bağlanıb.
Qeyd edək ki, yolda yaratdığı bu cür təhlükəli vəziyyətə görə tikinti şirkəti qanunla məsuliyyət daşıyır.
İnzibati Xətallar Məcəlləsi. Maddə 350.1. Müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında tikinti, qazıntı, yenidənqurma və ya təmir işlərinin aparılmasına, yaxud avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyinə dair standartlara, qaydalara və normativlərə əməl edilməməsinə görə-
fiziki şəxslər 200 manatdan 300 manatadək məbləğdə, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslər 10 min manatdan 12 min manatadək məbləğdə cərimə edilir.
Elməddin
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












