Bakıda mini “yubkalı” qız görəndə qəzaya düşən sürücülər - Real VİDEO

Piyadalara görə qəzaya düşən sürücülərin görüntüləri paytaxtda quraşdırılmış DİN-in "Təhlükəsiz şəhər” kameralarına düşüb. Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən görüntülərdə fərqli mənzərələr əks olunub. Belə ki, qəzaların biri keçiddən keçən, digəri isə kənardan keçən piyadaya görə baş verib. Birində piyada haqlıdır, digərində isə...
Piyadalardan biri yolun hərəkət hissəsini piyada keçidi olmayan yerdən keçən zaman avtomobillərdən biri dayanıb ona yol vermək istəyərkən qəza baş verir. Bu hadisədə qəza həm piyadanın səhvi, həm də arxadan gələn digər avtomobilin düzgün ara məsafəsi seçməməsi səbəbindən baş verir.
Digər hadisədə isə piyada keçiddən keçən zaman avtomobillər dayanıb piyadaya yol verərkən arxadan gələn yük avtomobili ara məsafəsini düzgün seçmədiyinə görə hər iki avtomobillə toqquşur. Bu cür qəzaların çoxusu ara məsafəsinin düzgün seçilməməsinə görə baş verir.
“Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinin III hissəsində qeyd olunub ki, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun.
Avtosfer.az həmin görüntüləri təqdim edir:
Təbriz
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












