Bakıda piyada səkisi aptek tərəfindən zəbt olundu - VİDEO

Bakıda piyada səkisi aptek tərəfindən zəbt olunub. Xətai prospektində səki ilə hərəkət edən piyada aptekin qarşısına çatdıqda məcbur qalıb yolun hərəkət hissəsinə çıxmalı olur. Çünki aptekin sahibi piyada keçidini avtomobil dayanacağına çevirib. Hətta səkiyə zəncirlər də vurulub. Bəs piyada səkisinin özbaşına zəbt edilməsinə görə məsuliyyət nədən ibarətdir?
Avtosfer.az-ın məlumatına görə, Xətai prospektində piyada səkisi ilə hərəkət edənlər aptekin qarşısına çatanda məcbur qalıb avtomobillərin yoluna çıxırlar. Bu isə piyadaları təhlükə ilə üz-üzə qoyur.
Aptekdən münasibət öyrənmək üçün ora daxil olsaq da, sahibinin burada olmadığı bildirildi. Telefon danışığında isə sahibi səkini zəbt etmədiyini, ərazinin onlara aid olduğunu, hətta orada dekorativ ağaclar əkdiklərini bildirdi.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseyinov isə bildirir ki, əkilən hansısa ağac piyada səkisinin statusunu əlindən almır. Yəni sözügedən ərazi rəsmən piyada dayanacağıdır.
Ekspert bildirir ki, hansısa ərazidə piyada səkisinin ləğv olunması yalnız Yol Hərəkətinin təhlükəsizliyi Komissiyasının razılığı ilə aparıla bilər. Kimsə bunu özbaşına görürsə, bunun məsuliyyəti var.
Həmçinin bu ərazidə dayanan avtomobillərın sürücülərini də dayanma-durma qaydasını pozduqları üçün 20 manat məbləğındə cərimə gözləyir.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












