Bakıda piyadalar daha çox keçidin yanında vurulur - DYP

İlin əvvəlindən bu vaxta qədər Bakı şəhər ərazisində 24 yol nəqliyyat hadisəsi qeydə alınıb. Avtosfer.az xəbər verir ki, nəticədə 9 nəfər həlak olub, 26 nəfər müxtəlif bədən xəsarəti alıb. Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) sözçüsü Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 hadisənin, 2 ölüm faktının azalması, eyni zamanda 9 xəsarat sayının aşağı düşməsi deməkdir.
V.Əsədov bildirib ki, hadisələrin 30 faizi sürət həddinin aşılması, 62 faiz isə piyadaların vurulmasıdır. Bu il ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin 9-da piyadavurma halları qeydə alınıb ki, nəticədə 5 nəfər həlak olub. Aparılan təhlillər göstərir ki, piyadavurma hadisələrinin əksəriyyəti məhv piyada keçidlərinin yaxınlığında baş verir: "Bu o deməkdir ki, piyadalar keçiddən yox, kənardan keçirlər. Sürücülər də arxayın olur ki, piyada ancaq keçiddən keçəcək. Bunu nəzərə alaraq sürücülərə tövsiyyə edirik ki, piyada keçidlərinin yaxınlığında da ehtiyyatlı olsunlar, sürəti azaltsınlar".
Vaqif Əsədovun sözlərinə görə, ötən il Bakıda qayda pozaraq keçid olmayan yerlərdən yolu keçən 88 min piyadaya inzibati protokol yazılıb.
Elmin
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










