Bakıda piyadanı vurub öldürən AA seriyalı "Lexus"la bağlı ŞOK XƏBƏR

Xəbər verdiyimiz kimi, bazar günü Bakıda ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, Xəzər rayonu ərazisində - dəniz sahilinə gedən yolda 90 AA 159 dövlət qeydiyyat nişanlı "Lexus" yolu keçən piyadanı vurub. Ağır xəsarət alan 45 yaşlı kişi hadisə yerində ölüb.
Avtosfrer.az xəbər verir ki, avtomobil yüksək sürətlə hərəkət edirmiş. Apardığımız araşdırma zamanı məlum oldu ki, 90 AA 159 dövlər nömrə nişanı “VAZ” markalı avtomobilə məxsus olub. Bu nömrə DYP-nin mərkəzi məlumat sistemində “Belrustroy” MMC-yə məxsus “VAZ” markalı avtomobilin üzərində qeydə alınıb. Lakin “Lexus”un sahibi qanunsuz olaraq başqa nəqliyyat vasitəsinə məxsus nömrə ilə sürət həddini aşarkən piyadanı vurub öldürüb.
Qeyd edək ki, bəzi imkanlı şəxslər avtomobilinə AA seriyalı nömrə almaq üçün daimi fəaliyyəti olmayan şirkət yaradırlar. Çünki DYP AA seriyalı nömrələri yalnız hüquqi şəxslərə verir. Nömrəni əldə etdikdən sonra onu bəzən bir neçə avtomobilin üzərinə bağlayıb sürürlər. Bəzən isə üzərində AA seriyalı nömrə olan ucuz avtomobilləri nömrə qarışıq alaraq sonradan həmin nömrədən öz məqsədləri üçün istifadə edirlər. İstifadə olunmayan “VAZ”a məxsus avtomobilin nömrəsindən istifadə edir, qaydaları pozur, elektron protokollar – MMX-lar da “VAZ”a tətbiq olunur. Lakin bu cərimələr illərlə ödənilmir. Yol polisi də həmin cərimələri ödətdirmək üçün avtomobilin özünü saxlamalıdır. Lakin avtomobil sürülımədiyi üçün onu tapmaq mümkün olmur. Beləcə, hər il belə işbazlara görə yüzlərlə cərimə ödənilmir. Və bu cür əməllərə əl atanlara elə gəlir ki, AA seriyalı nömrə ilə qəzaya düşmək olmur, qaydaları da tapdalamaq olar. Amma qəza qaçılmazdır. Necə ki, 90 AA 159-u idarə edən sürücü belə bir halla üzləşib.
Elməddin
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO











