Bakıda “PlayStation” adı altında kazino açılıb - FOTOLAR

Bakıda qanunsuz olaraq və hər kəsin gözü önündə kazino fəaliyyət göstərir. Məlumata görə, qumarxana Nərimanov rayonu Fətəli Xan Xoyski küçəsi 81-də yerləşir. Kazino ətrafında yaşayan sakinlər redaksiyamıza şikayət ünvanlayaraq bildiriblər ki, qanunsuz olaraq fəaliyyət göstərən bu məkandan olanlar, oradan çıxanlar küçə söyüşlərindən qışqıra-qışqıra istifadə edirlər. Bu da sakinləri ciddi narahat edir. Mövzu ilə əlaqədar Minval.info-nun əməkdaşları sözügedən ünvana yollanıblar və məlum olub ki, məkanla bağlı deyilənlər tam doğrudur.
Belə ki, deyilən ünvanda həqiqətən də qanunsuz kazino fəaliyyət göstərir. Özü də heç kimdən çəkinmədən, açıq-aşkar şəkildə… Hətta ətrafda yaşayan insanlar buradakı hal-vəziyyətdən xəbərdardır. İşin maraqlı tərəfi ondan ibarətdir ki, kazino polis bölməsindən bir neçə addım aralıda yerləşir. Məkan sahibləri burada kazino olduğunu sözdə gizlətməsələr də, amma məkanı kənardan fərqli göstərməyə çalışırlar. Onlar kazinonun giriş hissəsinə “PlayStation” yazaraq, adi oyun salonu görüntüsü yaradıblar.
Əməkdaşlarımız adıçəkilən məkana daxil olub, baş verənləri yaxından izləmək istəsələr də, bu, mümkün olmayıb. Çünki saxta “PlayStation” salonunun qadın işçisi onları görər-görməz kobudluqla qarşılayıb. Belə ki, əməkdaşlarımız “PlayStation” oynamaq istədiklərini bildirsələr də, qadın onlara buranın kazino olduğunu söyləyib. Yumşaq şəkildə desək, onları yola salıb.
Əgər kazino normal şəkildə fəaliyyət göstərirsə, “Playstation” banneri ilə şüşələrin üzərinin qapadılması kimə və nəyə görədir? Yox, əgər qeyri-qanunidirsə və bundan demək olar ki, hamının xəbəri varsa, polis bölməsinin yaxınlığında necə açıq-aşkar fəaliyyət göstərir?
Xatırladaq ki, 15 il əvvəl bu biznes növü Heydər Əliyevin göstərişi ilə rəsmən qadağan olunub.
Bir müddət öncə Azərbaycanda kazinoların fəaliyyətinin bərpa olunması gündəmə gəlsə də, bununla bağlı qanunda heç bir dəyişikliklər edilməyib.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı















