Bakıda “protiv” gedən sürücüləri siz də tanıyın – YENİ VİDEOLAR

Bakıda bir neçə sürücü kobud qayda pozan zaman Avtosfer.az-ın kamerasına düşüb. Sürücülərdən biri qoşa xətti tapdalayaraq yolun əks tərəfində avtomobilini dayandırır. “Hyundai” markalı, 90 XS 288 nömrəli avtomobilin sürücüsü isə Koroğlu Rəhimov küçəsində əks istiqamətə çıxaraq hərəkət edir və qarşısına avtomobil çıxan zaman sanki yuxudan ayılmış kimi qəfildən öz zolağına qayıdır. Bu videolardan aydın olur ki, həmin sürücülərin yol hərəkəti qaydaları ilə bağlı ciddi problemləri var.
Fevralın 7-də Bakının Xətai prospektində 10-TK-261 qeydiyyat nişanlı “Land Rover” markalı avtomobilin sürücüsü əks istiqamətli hərəkət zolağına çıxaraq hərəkət edir və sonra öz zolağına qayıdır. Bir neçə saniyə dayandıqdan sonra dözə bilməyən sürücü yenidən əks istiqamətə çıxaraq svetoforun qırmızı işığında hərəkət edir.
Fətəli Xan Xoyski küçəsində isə 90-VP-500 qeydiyyat nişanlı "Nissan Patrol” markalı avtomobilinin və 90-SX-560 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüləri də əks istiqamətə çıxaraq qarşıdan gələn avtomobilə qəza şəraiti yaradıblar.
Həmin görüntüləri təqdim edirik:
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












