Bakıda sərnişin avtobus həyəcanlı anlar yaşatdı – Qovuldu - VİDEO

Bakıda 40 nömrəli sərnişin avtobusu yol qaydalarını kobud şəkildə pozub. Avtosfer.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər paylaşılıb. Videoda Sabunçu dairəsindən Neapol meydanına hərəkət edən avtobusun əks istiqamətdə hərəkət etdiyi aydın görünür. Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a bildirilib ki, nəsələ dərhal nəzarətə götürülərək araşdırmalara başlanılıb. Müəyyən edilib ki, 40 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10 TH 031 dövlət nömrə nişanlı avtobusun sürücüsü sərnişinlə dolu olan nəqliyyat vasitəsi ilə yolun əks istiqamətinə çıxmaqla idarə edib. Bununla da avtobusun sürücüsü Mehdiyev Sadiq Niyazi oğlu sərnişinlərin, eləcə də digər hərəkət iştirakçılarının həyatını birbaşa təhlükəyə ataraq kobud qayda pozuntusuna yol verib. Bakı Nəqliyyat Agentliyinin tələbinə əsasən, artıq həmin sürücü işdən azad edilib. Eyni zamanda, daşıyıcıya tapşırılıb ki, bu və buna bənzər xoşagəlməz halların təkrarlanmaması üçün zəruri tədbirləri həyata keçirsin: "Bir daha qeyd edirik ki, Bakı Nəqliyyat Agentliyi sərnişinlərinin təhlükəsizliyi ilə bağlı məsələdə üzərinə düşən öhdəlikləri yerinə yetirməyən daşıyıcılara və sürücülərə qarşı barışmaz mövqedədir və bu mövqe dəyişməzdir. Məlum videogörüntünü çəkib sosial şəbəkədə paylaşanlara da ayrıca təşəkkürümüzü bildiririk. Bakı Nəqliyyat Agentliyi bu gün marşrut şəbəkəsində mövcud problemlərin həllində məhz bu cür ictimai nəzarətin önəmli olması qənaətindədir".
Elmin
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












