Bakıda solmuş çəmənliklər rənglənir - VİDEO

Paytaxt Bakıda yol kənarlarındakı yaşıl ot örtükləri qış mövsümünün gəlişi ilə solub. Aidiyyatı qurumlar isə solmuş otu rəngləməyə başlayıb. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, yol boyu kilometrlərlə uzanan yaşıllıqlara nəzarət edən "Bakı Abadlıq Xidməti" MMC iki gündür bu işlə məşğuldur. MMC rəhbərliyinin göstərişi ilə saralan otların boyanmasına başlanılıb. Heydər Əliyev prospekti boyunca uzanan ot örtükləri yaşıl boya ilə rənglənir. Bu hadisə bir müddət əvvəl Türkiyədə baş verən maraqlı hadisənin demək olar ki, eynisidir. Xatırladaq ki, Türkiyənin İzmir şəhərində dövlət əhəmiyyətli binanın açılışı zamanı bələdiyyə rəhbərliyinin göstərişi ilə yaxınlıqda olan daşlar, dağ yamacları yaşıl rəngə boyanmışdı. Bələdiyyə sədrinin bu addımı həm Türkiyə, həm də Azərbaycanda sosial şəbəkə istifadəçilərinin geniş müzakirələrinə səbəb olmuşdu. İndi isə bənzər hadisə Azərbaycanda qeydə alınıb. Əməkdaşımız "Bakı Abadlıq Xidməti"nin "yaşıllaşdırma əməliyyatı"nı lentə alıb. Həmin görüntüləri təqdim edirik:
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












