Bakıda sürücü sükanı buraxıb klarnet çala-çala getdi - VİDEO

Sənətçilər arasında klarnet ifaçısı kimi tanınan Pərviz Əlikramoğlu sükan arxasında təhlükəli hərəkətlər edərək bu görüntüləri sosial şəbəkələrdə yayıb. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, klarnet ifaçısı Əlikram Quliyevin oğlu olan Pərviz də atasının sənətini davam etdirir. Amma atasından fərqli olaraq lazımsız hərəkətlərlə öyünməyi xoşlayan bu gənc yol hərəkəti qaydalarını da kobud şəkildə pozur. Bu əməli ilə öyünən Pərviz videonu sosial şəbəkələrdə paylaşaraq göstərmək istəyir ki, sükan arxasında da məşq edib klarnet çala bilir. Lakin bu videoda Pərviz Quliyevin pozduğu qaydaları sadalasaq, yəqin ki, utanc hissi keçirəcək və səhvini başa düşərsə, üzr istəməyi də bacaracaq.
İlk növbədə, sükan arxasında təhlükəsizlik kəmərini taxmayıb. Buna görə 40 manat cərimə nəzərdə tutulur. Sükan arxasında sürücünün diqqətini yayındıran söhbətdə iştirak edir. Eyni zamanda, əlini dəfələrlə sükandan çəkir. Bu xətaların da hər birinə görə 40 manat cərimə nəzərdə tutulur. Bundan əlavə, o, lüzumsuz yerə səs siqnalından istifadə edir. Buna görə də 30 manat cərimə tətbiq edilə bilər. Yəni, bu videoda həmin sürücünün 150 manatlıq qayda pozuntusu faktı mövcuddur. Hansı ki, bu, olmaya da bilərdi.
Ümumiyyətlə isə Pərvizin sürücülük hüququnun olub-olmaması sual altındadır…
Elməddin
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












