Bakıda sürücüləri çaşdıran nişanlar var - Yol uzanır, qəza baş verir - FOTO

Bakının bir neçə küçəsində yol hərəkətinin təşkilində olan səhvlər barədə Avtosfer.az saytı araşdırma aparıb. Paytaxtın Vaqif prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində (Zorge parkının yanında) yerə 1.18 düzünə nişanlanması çəkilib. Lakin həmin yolayrıcında düzünə hərəkət etməyə yol olmadığı üçün nişanlar arasında ziddiyət yaranır. Bu isə sürücüləri çaşdırır.
Qanunvericilikdə qeyd olunub ki, 1.18 nişanlanması yolayrıcına bütövlükdə şamil olunur. Yəni həmin yolayrıcında 1.18 nişanlanması və ya 5.8.1-5.8.2 nişanları ilə düzünə hərəkət nəzərdə tutulubsa hərəkət hissəsinin kəsişməsində bu nişanlar qüvvəsini itirmədən hərəkətin düzünə məcburiliyini bildirir.
Qeyd etdiyimiz küçədə isə düzünə hərəkət etdikdə hasarla toqquşma baş verir. Bu problemi aradan qaldırmağın çox sadə yolu var. Hərəkət hissəsinin kəsişmə yerində fərqli 1.18 nişanlanması və zolaqların üzərində 5.8.1-5.8.2 nişanları təşkil olunmaldır. Belə olduğu halda problem tam həllini tapmış olar.
Buna oxşar problemlərdən biri də Masazır dairəsindədir. Həmin dairə svetoforla təmin olunan vaxt yola 1.18 nişanlanması da çəkildi. Qeyd etdiyimiz yerdə sol zolaqlardakı 1.18 nişanlanması ancaq düzünə hərəkəti bildirir. Bakı istiqamətindən dairəyə daxil olaraq sola Xırdalan şəhəri istiqamətinə getmək olmur. Çünki 1.18 nişanlanması sola dönməyi qadağan edir. Bu qadağa arzuolunmaz hərəkət şəraiti yaradır. Sürücülər Xırdalan şəhərinə getmək üçün həmin dairəyə daxil olduqdan sonra ya Sumqayıt istiqamətinə gedib bir neçə kilometrdən sonra geri qayıtmalıdır, ya da, həmin dairədən sağa - Masazır qəsəbəsinə daxil olaraq qarşıdan geriyə dönüb qayıtmalıdırlar.
Ümid edirik ki, aidiyyatı qurumlar tez bir zamanda qeyd etdiyimiz problemlərin aradan qaldırılması üzrə işlər görəcək.
Təbriz
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı














