Bakıda sürücüləri və piyadaları çaş-baş salan nişan qoydular – FOTO

Bakının Heydər Əliyev prospektində yola səhv nişan quraşdıraraq sürücüləri və piyadaları çaş baş salıblar. Avtosfer.az xəbər verir ki, qeyd olunan yolda (“Koroğlu” metrosundan üzü şəhər istiqamətinə olan hissədə) sağ zolağın üstünə piyada keçidini bildirən 5.16.2 nişan qoyulub və həmin nişanın altına əlavə məlumat üçün 7.14 hərəkət zolağı lövhəciyi quraşdırılıb. Bu iki nişan birgə tətbiq edildikdə mənası belə olur: "Piyada keçidi yalnız sağ zolağa aiddir". Buradan sual yaranır ki, piyada keçidi ancaq sağ zolağa necə aid ola bilər?
Qanunda 5.16.2 nişanının bu cür tətbiq edilməsi nəzərdə tutulmayıb.Həmin nişanı ora qoyan şəxsin yəqin ki, yol hərəkəti qaydalarından xəbəri yoxdur. Əslində isə həmin 7.14 lövhəciyi 5.16.2 nişanı ilə yox, 4.6 piyada yolu nişanı quraşdırıla bilərdi.
Təbriz
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı













