Bakıda taksi sürücüsünün başına gələn OLAY

Taksi sürücüsü yaxşılıq etmək istəyərkən başına iş açdı. Avtosfer.az xəbər verir ki, bu barədə H.Qurbanov adlı taksi sürücüsü azxeber.com-a göndərdiyi məlumatda bildirib. O, ötən gün taksisinə əyləşən bir qız tərəfindən necə aldadılmasını yazıb. Sürücü hava limanı yolunda götürdüyü müştərisinin onun 100 manatını oğurladığını bildirib: "Saat 10 radələrində aereport yolunda qaraçı olduğu hər halından məlum olan bir qız mənə əl edib saxlatdı. Xahiş etdi ki, Qara Qarayev metrosu tərəfə gedirəmsə onu da aparım. Amma üstündə pul olmadığını bildirdi. Mən də heç nə olmaz dedim. Evin Qarayevdə olduğunu onsuzda evə getdiyimi bildirdim. Yolda falıma baxmağı təklif etdi. Mən də əlimi ona uzatdım. Sözün düzü həyatımda olan çox şeyi düz dedi. Axırda məndən 100 manat aldı və saçımdan 2 tük qopardaraq həmin pula bükdü. Çölə tüpürməyimi istədi”.
Sürücü "müştəri”nin bütün dediklərinə əməl etdiyini və sonunda aldanıldığını anladığını yazıb: "Mən də tüpürərkən pulu hara qoydusa pul yoxa çıxdı. Məni 2 saata pulun cibimə qayıdacağına inandırıb maşından düşüb getdi. Bunu yayımlamağınızı xahiş edirəm ki, mənim kimi avamlar da daha belələrinə inanmasınlar”.

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










