Reklam

Bakıda taksi: xidmətlər, qiymətlər, rəylər... - REPORTAJ - VİDEO

Yazarlar 17 Yanvar 2017 02:33 Oxunub 2060
Bakıda taksi: xidmətlər, qiymətlər, rəylər... - REPORTAJ - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bütün növ taksi xidmətlərinə vahid tarif tətbiq edilməlidir

Artıq neçə vaxtdır ki, paytaxtda müxtəlif taksi növləri xidmət göstərir. Fərqli qiymət, fərqli münasibət, fərqli keyfiyyət və əsas müştəri məmnunluğu. Maraqlıdır, paytaxt sakinləri xidmət və qiymət siyasətindən razıdırmı?

Sərnişinlərin fikirləri birmənalı olmadı. Taksi xidmətlərindən razı olan da var, narazı qalan da. Onlardan bəziləri taksi xidmətinə güvənmədiyi üçün istifadə etmədiklərini, digərləri "Uber" və şəxsi taksilərdən istifadə etdiyini bildirir.

Həm taksi xidməti göstərən şirkətlərdə, həm də fərdi taksilərdə qiymətlər xidmətin səviyyəsindən asılı olaraq dəyişir. Amma aşağı-yuxarı 1 kilometr məsafə 50 qəpiklə 1 manat arasında dəyişir. Məsafə artdıqca, məbləğ 20-30 qəpiyə də düşür. Sifarişli taksidə xidmət qiymətini artıran başqa amillər də var: pik saatlar, gözləmə müddəti və ya əlavə xidmətlər.

azırda Bakıda taksi fəaliyyəti və dispetçer xidməti kimi fəaliyyət göstərən sifarişli taksi xidmətlərinin sayı 10-dan çoxdur və 16 min fərdi taksi xidmət göstərir. 2016-cı ilin dekabr ayına olan statistikaya görə, taksi sürücülərindən yalnız 7215 nəfəri fərqlənmə nişanı alıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, taksi xidmətindən istifadə edən sərnişinlərin sayı son 5 ildə 42 mindən 63 minə çatıb. Ümumiyyətlə, bu xidmət son 15 ildə yalnız artım tendensiyası göstərib və hesab olunur ki, manatın devalvasiyasına baxmayaraq, 2016-cı ildə də artım davam edib. Taksi xidmətindən gəlir də artan xətt üzrə gedib: 2010-cu ildə taksi xidmətindən 84 min manat qazanılıbsa, 2015-ci ildə bu rəqəm 140 min manata yaxın olub.

Hüquqşünas Ərşad Hüseynov hesab edir ki, paytaxtda və bölgələrdə fəaliyyət göstərən bütün növ taksi xidmətlərinə vahid tarif tətbiq edilməlidir: "Taksi fəaliyyəti ilə bağlı dövlət standartı var. Məsələn, taksilərin hamısında taksometr olmalıdır. Burda da diferensiasiya var. Bu baxımdan həmin sahənin qiymət siyasətini tənzimləmək doğrudan da çətindir. Bunun iqtisadi əsaslandırılması çox ciddi aparılmalıdır ".

Məsələyə münasibət bildirən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin sözlərinə görə, vahid qiymət tətbiqi ilə bağlı Bakı Nəqliyyat Konsepsiyasında təkliflər nəzərdə tutulur: "Lakin vahid qiymətin tətbiqinə qədər bəzi məsələlər mərhələli şəkildə həll edilməlidir. İlk növbədə biz müəyyənləşdirməliyik ki, Bakı şəhərində nə qədər taksi fəaliyyət göstərir. Daha sonra biz artıq taksilərdə taksometrlərin quraşdırılmasına başlanacaq. Bundan sonra vahid qiymət tətbiq ediləcək" .

Mais Ağayev qeyd edib ki, vahid qiymət tətbiqindən sonra taksi eyni məsafəni müxtəlif qiymətə getməyəcək. Bundan başqa, əlamətdar və xüsusi günlərdə, eləcə də fors-major vaxtlarda süni qiymət artımının da qarşısı alınacaq.

Nə deyirik, gözləyək...

ŞƏRH YAZ
Ad

E-mail

Şərh