Reklam

Bakıda təkər fırıldaqçılığı: Könhəni yeniləyib, təzə adı ilə satırlar - FOTO

Yazarlar 20 Noyabr 2016 23:20 Oxunub 7718
Bakıda təkər fırıldaqçılığı: Könhəni yeniləyib, təzə adı ilə satırlar - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Xüsusi aparat vasitəsilə həmin təkərlərin üzərindəki naxışları dərinləşdirirlər”

Bakıda köhnə təkərləri müxtəlif yollarla yeniləyib, satan dəstə peyda olub. Bakının avtomobil ehtiyyat hissələri satılan bazarlarında, eləcə də Babək prospektində yerləşən maşın bazarında bu kimi hallara rast gəlmək mümkündür. 

Avtosfer.az xəbər verir ki, bu barədə musavat.com-a daxil olan məlumata görə, bazarda fəhləlik edən bir sıra işbazlar yararsız olan və zibilliyə atılan təkərləri yeni təkər adı ilə insanlara satırlar. 

Məsələni yerindəcə aydınlaşdırmaqdan ötrü adıçəkilən məkana üz tutduq. “Maşın bazarı”nın təkər satışı olan hissəsində bir çox satıcılar hadisədən xəbərdar olduqlarını bildirdilər. Onların sözlərinə görə, bu hal normal təkər satışı ilə məşğul olan satıcıları da narahat edir. 

İrəli düşdüklərini zənn edirlər, amma...

Təkər alverçisi İmamverdi Qasımovun sözülərinə görə, sözügedən fırıldaqçılıq üsulu bir neçə aydır ki, davam edir: “Ötən ay bununla bağlı bazarda söz-söhbət olmuşdu. Bir nəfər cavan uşaq idi. Görünür, o qədər də başı çıxmayıb, ona görə də rahat aldada biliblər. Çünki bir az bu barədə anlayışı olan adam baxan kimi köhnə və ya yeni təkəri bir-birindən ayıra bilir. Nə qədər yenilənsə də, nazilmiş rezin qatı yenidən dərinləşdirilib, boyansa da, bunu bilmək mümkündür. Görünür, qiymət fərqinin çox olması, bu təkərlərin ucuz qiymətə satılması müştərini şirnikləndirib. İrəli düşmək istəyib, amma bilmir ki, belə təkərlər olduqca təhlükəlidir”.

“Xüsusi aparat vasitəsilə həmin təkərlərin üzərindəki naxışları dərinləşdirirlər”

İllərdir ki, təkər satışı ilə məşğul olan Rasim Məmmədov deyir ki, bir neçə dəfə belə hallarla qarşılaşıb: “Mənim özümə bir neçə dəfə təzə adı ilə bu tip təkərləri satmaq istəyiblər. Baxan kimi bilinir ki, təkər istismara yararsızdır. Zibilxanaya atılan təkərləri götürüb, xüsusi aparat vasitəsilə həmin təkərlərin üzərindəki naxışları dərinləşdirirlər. Müxtəlif yağlar və dərman vasitələri ilə qaraldılmış təkərlər, dərin naxışlar müştərini aldadır. Üstəlik qiyməti də ucuz olduğu üçün digər işlənmiş təkərlərdən daha çox satılır. Amma buna aldanan alıcı bir şeyi bilməlidir ki, aldığı mal onun həyatı üçün olduqca təhlükəlidir. Təkərin üzərində yeni açılmış bu naxışlar rezinin qalınlığının itməsinə səbəb olur. Nəticədə olduqca nazik qat qalır və bu da hər an partlaya, avtomobilin qəzaya düşməsinə gətirib, çıxara bilər”.

Bazarda onu da bildirdilər ki, bu hal təkcə adıçəkilən bazarda yaşanmayıb. Paytaxtın bir çox təkər satışı ilə məşğul olunan yerlərində analoji hallarla rastlaşmaq mümkündür.  

Sonda isə qeyd edək ki, bu işbazlardan qorunmağın yolu çox sadədir. Avtomobilə təkər alarkən son dərəcə ehtiyatlı olmaq, mütəxəssislərin fikirlərindən yararlanmaq lazımdır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh