Bakıda yaşayış binalarının həyətinə də parkomat qoydular - FOTO

Bakı Şəhər İcra Hakimiyyəti şəhərin bir çox yerlərində nəqliyyat vasitələrinin parklanması üçün nəzərdə tutulan sahələrə parkomatlar quraşdırır. Bəzən həmin parkomatların dayanma-durma qadağan olunan yerlərə quraşdırılmasının da şahidi oluruq. İcra Hakimiyyətinin bu addımı həm gülüncdür, həm də qanunsuz.
Şəhərdə avtomobillərin sıx hərəkəti olmayan küçələrdə (ara küçələrdə) avtomobili saxlamaq istəyən kimi adamın gözünə ilk növbədə parkomat dəyir. Bu isə sadəcə biabırçılıqdır.
Belə biabırçı parkomatlardan biri də Bakı şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi (XTAİ) tərəfindən Qara Qarayev prospektində yerləşən binaların birinin həyətində quraşdırılıb. Binalarda yaşayan sakinlər isə bundan narahatlıqlarını bildirirlər. Onların Avtosfer.az-a verdiyi məlumata görə, orada yaşayan sakinlərin və onların evinə gələn qonaqların parkomata pul ödəməsi gülüncdür: «Bəs binanın həyəti nə üçündür? Heç kimə lazım olmayan bu parkomatlar dərhal sökülməlidir.Yaxşı olardı ki, yollara parkomat əkməkdənsə ağac əkərək təbiəti və ekologiyanı gözəlləşdirsinlər».
Təbriz
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












