Bakıda yaşlı kişi özünü “07”nin qabağına belə atdı – REAL VİDEO

Bakıda İzmir parkının qarşısında “VAZ-2107” markalı avtomobil yaşlı kişini vurub. Qəza anı Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” kamerasi tərəfindən qeydə alınıb. Avtosfer.az-ın təqdim etdiyi özəl videodan göründüyü kimi, qəza günün qaranlıq vaxtında, keçid olmayan ərazidə baş verir. Hansı ki, hadisə yerindən 100 metr irəlidə - “Statisitika dairəsi” yaxınlığında piyada keçidi var.
Yaşlı kişi əvvəlcə yolun ortasında – qoşa xəttin üstündə dayanır. Sonra isə qəfləyən qaçmağa başlayır. Bu zaman üzərində taksi nişanı olan “07” onu vurur. Sürücü ayıq tərpənərək dərhal maşını dayandırır və piyadanı maşına mindirərək oradan uzaqlaşır.
Avtosfer.az bildirir ki, piyadalar yolu keçərkən sağa-sola baxmalı, yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin yoluna çıxmamalı, onların təxmini sürətini müəyyən edəndən sonra hərəkətə başlamalıdır. Yolu qaçaraq keçmək təhlükəlidir. Necə ki, bu videoda da tünd geyimdə olan piyadanın məhz qaçaraq yolu keçməsi baş verdi. Əgər o qaçmasaydı qəzanın qarşısını almaq olardı.
Son zamanlar baş verən yol qəzaları arasında piyadavurma halları ümümi hadisələrin 50 faizdən çoxunu təşkil edir. Bakıda isə qəzaların 60 faizdən çoxu piyadavurmalardan ibarətdir. Həmin qəzaları da təhlik etdikdə aydın olur ki, piyadavurmalar əsasən günün qaranlıq vaxtlarında baş verir.
Avtosfer.az Baş Dövlət Yol Polisi İdarəsindən əldə etdiyi daha bir piyadavurma qəzasının görüntülərini təqdim edir:
Elməddin
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










