Bakıda yolu nazlana-nazlana keçən qızı qatar belə vurdu - Həmin anın VİDEOSU

Bakıda sürət qatarı sərnişini belə vurub. Qatarın qarşısına yox, kənara düşən piyadanın burnu belə qanamayıb. Qəza anı, sürət qatarının təhlükəsizlik kameralarına düşüb. Hadisə paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib. Bakı-Sumqayıt sürət qatarının yoluna çıxan bir qrup gənc yolu keçməkdə məsuliyyətsizlik ediblər. Ani məsuliyyətsizlik az qalsın gənclərin canları bahasına başa gələcəkdi. Görüntülərdə bir neçə oğlan yolu keçir. Onların yanında olan xanım isə biraz ləngiyir. Sürətlə Sumqayıt istiqamətindən Bakı Sərnişin vağzalına gələn qatar qızı vurub. Xoşbəxtlikdən gənc qız qatarın altına yox, kənara düşüb. Həmin gənclər hadisədən sonra ərazidən qaçdıqları üçün maşinist qızın xəsarət alıb almamasını və onların adını belə öyrənə bilməyib.
Maşinist hadisədən sonra qatarı saxladığı üçün təxminən 8 dəqiqə geçikmə ilə Bakı-Sərnişin vağzalına çatıb.
Bununla bağlı da yol boyu bütün stansiyalardakı dispeçerlərə məlumat verib. İndi Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları görüntülər əsasında həmin şəxsləri axtarır.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












