Bakıdakı 600 avtobus informasiya terminalından 200-ü işləmir - FOTO

Bakıdakı avtobus dayanacaqlarında quraşdırılan Avtobus İnformasiya terminallarının çoxu işləmir. Avtosfer.az xəbər ki, hazırda dayanacaqların bəzilərində terminal ümumiyyətlə yoxdur, olanların çoxu işləmir, işləyənlərin isə yalnız monitoru ekranı yanır, monitorda ya reklam gedir, ya da Bakı Nəqliyyat Agentliyinin logosu yazılıb. Bir sözlə, işləyən terminalların da çoxu təyinatı üzrə xidmət göstərmir. Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev "Report"a açıqlamasında bildirib ki, dayanacaqlardakı Avtobus İnformasiya terminalları BNA yaradılmazdan əvvəl quraşdırılıb: "Hazırda təxminən 600 belə terminal quraşdırılıb. Bakı Nəqliyyat Agentliyi fəaliyyətə başlayan kimi şəhərin ümumi nəqliyyat sistemi ilə bağlı mövcud vəziyyəti təhlil edib, bir çox çatışmazlıqlar aşkarlanıb. O cümlədən də Avtobus İnformasiya terminalları ilə bağlı çatışmazlıqlar var. Hazırda Avtobus İnformasiya terminallarının təyinatı üzrə işləyərək sərnişinlərimizə xidmət göstərməsi üçün zəruri iş aparılır".
Onun sözlərinə görə, quraşdırılan 600 terminaldan 400-ə yaxını işləyir: "Sistemdə müəyyən problemlər var onların həll edilməsi üçün iş aparılır".
Qeyd edək ki, Avtobus İnformasiya terminallarını 2011-ci ildə Nəqliyyat Nazirliyi quraşdırıb. Bu terminallar vasitəsilə sərnişinlər gözlədikləri avtobusun dayanacağa nə qədər vaxtdan sonra gələcəyini öyrənirlər.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı






















