"BakıKart"-ın çatışmayan cəhətləri və yaratdığı problem - Ekspert şərh edir

"Aparatlar 10 qəpikdən aşağı nominallı pulu qəbul etmir. Belə çıxır ki, 1, 3 və 5 qəpiklik metal pullar dövriyyədən çıxarılmalıdır". Avtosfer.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Samir Əliyev BakıKart ödəniş kartlarının problemlərini şərh edərkən deyib.
Samir Əliyev bildirib ki, şəhərdaxili sərnişin nəqliyyatının bir sıra avtobuslarda ödənişin nağdsız olması təqdirəlayiq haldır: "Ümid edək ki, gələcəkdə bütün ödənişlər nağdsız, yəni kartla olacaq. Ancaq bu addım atılanda müştəri rahatlığı da nəzərə alınmalıdır. Əsas problem ödəniş kartının balansının artırılmasıdır. Dəfələrlə kartda pulun olmaması nəticəsində avtobusu ötürməli olmuşuq. Metroda bu problemi həll etmək rahatdır. Əsas problem avtobuslarda yaranır. Avtobusa mindiyin dayanacaqda isə karta pul yükləyən aparat olmur. Ya kimdənsə xahiş etməlisən ki sənin əvəzində ödəsin, ya da piyada növbəti dayanacağa qədər getməlisən".
Ekspert qeyd edir ki, problem bununla bitmir: "Aparatların xırda qaytarmaq funksiyası yoxdur. Cibinizdə yeganə nominallı (10 və ya 20 AZN) pul varsa, deməli, həmin pulu bir gedişə "qurban "verməlisiniz və növbəti nəqliyyatı unudaraq həmin günü evə və ya işə piyada getməli olacaqsınız. Mən hələ aparatın 10 qəpikdən aşağı nominallı pulu qəbul etmədiyini demirəm. Belə çıxır ki, 1, 3 və 5 qəpiklik metal pullar dövriyyədən çıxarılmalıdır. Yəni həmişəki kimi bir iş görüləndə natamam edilir və insanlar bundan əziyyət çəkir".
Samir Əliyev "BakıKart" üçün aşağıdakı tədbirlərin görülməsini təklif edib:
1. "BakıKart" ödəniş kartlarının internet vasitəsilə yüklənməsi imkanı tətbiq edilməlidir
2. Bir sıra ölkələrdə olduğu kimi debet (maaş, pensiya) və kredit kartları, eyni zamanda mobil telefon vasitəsilə ödənişə imkan verən NFC (Near-field communication) sisteminin tətbiqinə başlanmalıdır.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












