Bakını parkomatla dolduran məmur indi də Sumqayıtda peyda olub

Ötən il işdən çıxarılan Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin (XTAİ) rəisi Həsən Abdullayev indi də Sumqayıtda parkomat qurmağa başlayıb. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, son günlər Sumqayıt şəhərində də parkomatların quraşdırılmasını məhz Həsən Abdullayev həyata keçirir. Belə ki, o, Bakı Şəhər İcra Hakimiyyətində gördüyü işi indi də Sumqayıt şəhər İcra Hakimiyyətində davam etdirir. Məsələ burasındadır ki, Həsən Abdullayevin işdən çıxarılmasının səbəbi lazım olmayan yerlərdə qanunsuz parkomatlar quraşdırmaq və həmin parkomatlara yığılan pulları cibə qoymaq olduğu halda, eyni işi Sumqayıt şəhərində davam etdirir.
Məlumata görə, Hacıbala Abutalıbov Həsən Abdullayevi işdən çıxarandan sonra o, Bakı Nəqliyyat Agentliyində işə düzəlib. Lakin burada yeyinti yeri tapa bilmədiyi üçün Sumqayıtda özünə yer edib.
Xatırlatmaq yerinə düşər ki, Həsən Abdullayevin dövründə qurulan parkomatların bir çoxu yol polisi və “Azəravtoyol” ASC-nin müdaxiləsindən sonra sökülüb. Bu adam harada boş yer görürdüsə, ora parkomat qoyurdu. Görünür, bu işdə yaxşı pul var deyə Həsən Abdullayev parkomat işindən əl çəkmir.
Elmin
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










