Bakının "lənətlənmiş" yolu: qəzalar, piyada ölümləri - FOTOLAR

Müvafiq qurumlar insanların canını alan yol haqqında lazım olan addımları gecikmədən atacaqlar... Yoxsa kimisinin övladı yetim qalacaq, kimisi illərlə böyütdüyü uşağını itirəcək...
Paytaxt Bakıda və bölgələrdə piyadalar üçün nəzərdə tutulan zolaqların yanlış yerdə çəkilməsilə qarşılaşırıq. Bununla yanaşı, zolaqların standartlara uyğun olmayan şəkildə hazırlandığını da görürük. Ya ərazidə zolaq olmur, yol hərəkət nişanı yerləşdirilir, yaxud da əksinə, nişan var, rənglənmə isə aparılmır. Və ya elə yollar var ki, orada işıqfor quraşdırılmasa, piyadaların hərəkəti müşkül olur.
İslamazeri.com xəbər verir ki, bu dəfə belə arzuolunmaz hal Bakının Bül-bülə qəsəbəsində qeydə alınıb. Daha dəqiq desək, 268 saylı Körpə və Uşaq bağçasının qarşısı son dərəcə təhlükəli əraziyə çevrilib. Hətta 140 saylı tam orta məktəbə getmək üçün də həmin yolu keçmək lazımdır. Eləcə də insanlar iş yerlərinə, mağazalara digər əhəmiyyətli obyektlərə getmək üçün təhlükəli piyada keçidindən istifadə edirlər. Burada piyada zolağının rəngi itib ki, bu, piyadaların və sürücülərin işini çətinləşdirir. Sözügedən ərazidə həm də tez-tez yol nəqliyyat hadisələri baş verir. Burada piyadaların intensiv hərəkəti bədbəxt hadisələrlə nəticələnir. Sürət həddi 50 km/saat olan yolda tez-tez qəza və olüm hadisələri baş verirsə, müvafiq qurumlar tərəfindən çoxdan tədbir görülməli idi. Üstəgəl, keçiddən adətən məktəblilər və azyaşlılar istifadə edir ki, onlar bir qədər diqqətsiz olurlar. Nəzərə alsaq ki, hətta böyüklər də yolu keçərkən səhlənkarlıq edir...
Ən azından bu "lənətlənmiş" yolda işıqforun quraşdırılması vacib məsələyə çevrilib. Belə hadisələrin qarşısını almaq üçün ən optimal variant buraya məhz işıqforun quraşdırılmasıdır.
Ümid edək ki, müvafiq qurumlar insanların canını alan yol haqqında lazım olan addımları gecikmədən atacaqlar. Yoxsa kimisinin övladı yetim qalacaq, kimisi illərlə böyütdüyü uşağını itirəcək.
Qeyd edək ki, İslamazeri.com-un əməkdaşının gözləri qarşısında son 2 ayda iki nəfəri maşın vuraraq öldürüb. Onlardan biri azyaşlı uşaq, digəri yaşlı qadın olub.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










