Bakının unikal nəqliyyat vasitəsi - FOTO - VİDEO

Azərbaycanın müxtəlif rayonlarında, eləcə də Bakı və onun ətrafında yerləşən maraqlı, lakin az tanınan görməli yerlər barədə məlumat verən "AZƏRTAC"ın yeni rubrikası bu dəfə marşrutunu paytaxtın unikal nəqliyyat vasitələrindən olan Bakı Funikulyorunadan salıb.
Bakı Funikulyoru 1960-cı il mayın 5-də istifadəyə verilib. Dəmir yolu xəttinin uzunluğu 455 metrdir. Vaqonlar saniyədə 3 metr sürətlə hərəkət edərək təxminən 3 dəqiqəyə bir stansiyadan digərinə çatır. Bəhram Gur abidəsi ilə Şəhidlər xiyabanı arasında lift funksiyasını yerinə yetirən funikulyorda vaqonlararası interval 10 dəqiqə təşkil edir. Saatda orta hesabla 300 sərnişinə xidmət göstərmək gücünə malik olan bu sistem hazırda Bakının sevilən nəqliyyat vasitələrindəndir. Bakı Funikulyoru indiyədək 2001 və 2007-ci illərdə iki dəfə əsaslı şəkildə təmir edilib.
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, 2012-ci ildə Bakı Funikulyorunda əsaslı təmir-yenidənqurma işləri aparılıb, müasir vaqonlar alınıb və 2012-ci ilin mayında yenidən sərnişinlərin ixtiyarına verilib.







Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












