Bakının yağış hazırlığı: Subasma hallarının qarşısı tam alınacaq - VİDEO

Paytaxtın 13 ünvanında payız-qış aylarında yağan yağış zamanı yaranan subasma hallarının qarşısı tam alınacaq. Bu məqsədlə artıq "Azərsu” Açıq Səhimdar cəmiyyəti tərəfindən yağış sularının kənarlaşdırılması layihələrinin icrasına başlanılıb.Binəqədi şosesi boyunca 2,9 km kollektor inşa olunub.Bununla da intensiv yağıntılar zamanı Binəqədi şosesində yığılan sular yeni tikilmiş kollektorla Böyükşor gölünə axıdılacaq. İntensiv yağıntılar zamanı Ramana Südçülük Sovxozu, Əliyar Əliyev və Yusif Səfərov küçələrində subasma hallarının aradan qaldırmaq məqsədilə yeni kollektorlar inşa olunub. Subasma hallarının daha çox qeydə alındığı Ziya Bünyadov prospektində də işlər davam etdirilir.
13 layihənin 6-da işlər yekunlaşıb və inşası nəzərdə tutulan 17,5 km kanalizasiya kollektorlarının 13,5 km-lik hissəsi tikilib.Yasamal rayonu Dadaş Bünyadzadə,Əhməd Cəmil, Xətai rayonu Kazımağa Kərimov küçələrində, həmçinin Sabunçu rayonu Sabunçu vağzalı və Şuşa şəhərciyi ərazilərində kollektorların tikintisi işləri davam etdirilir.Bununla yanaşı,Məhəmmədi gölünün səviyyəsinin tənzimlənməsi məqsədilə 2,4 kilometr kollektorun 1,6 km-lik hissəsi tikilib.Taşağıl və Böyükşor göllərində də suyun səviyyəsinin tənzimlənməsi məqsədilə nasos stansiyaları inşa olunur.
Qeyd edək ki, Bakı şəhərində kanalizasiya və yağış suları infrastrukturunun təkmilləşdirilməsi məqsədilə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə 14,7 milyon manat vəsait ayrılıb.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












