“BakuBus”da basabas: bu işin çarəsi varmı?

Bakı şəhərinin mərkəzi hissəsində hərəkət edən “BakuBus” MMC-yə məxsus 1 saylı marşrut avtobuslarında tez-tez basabas yaranır. Avtobusun salonunda sıxlıq olsa da, sürücü hər dayanacaqda saxlayaraq sərnişin götürür. Avtosfer.az xəbər verir ki, bu şikayətlə virtualaz.org-a marşrutun daimi sərnişinləri müraciət ediblər. Onlar bildirirlər ki, əslində marşrut kifayət qədər dəqiq işləyir, salonu kondisionerlə təchiz olunub, amma sərnişin sıxlığı rahat gediş-gəlişə mane olur. Sərnişinlər hesab edir ki, sürücüyə avtobusun dolu vaxtlarında müştəri götürməyə icazə verilməsə və ya xəttə əlavə marşrutlar çıxarılsa, problem həll olunar: “Avtobus ağzınacan dolur, amma buna baxmayaraq sürücü hər dayanacaqda saxlayır. Hər dəfə saxladıqda sərnişinlər minir və nəticədə, getdiyimiz yerə bir ayaq üstə, əzgin və yorğun vəziyyətdə çatırıq. Sürücüyə də dəfələrlə iradımızı bildirmişik, amma nəzərə almır”, - deyə sərnişinlər şikayətlənirlər. Sərnişinlərin şikayətini nəzərə alıb “BakuBus”MMC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Mansur Piriyev virtualaz.org-a açıqlamasında bildirdi ki, 1 saylı marşrut xətti üzrə hərəkət edən avtobusların intervalı adi vaxtlarda 5 dəqiqə, günün pik vaxtlarında isə 3, hətta 2 dəqiqəyə endirilir. “BakuBus” rəsmisi pik saatlarda sıxlıq olduğunu etiraf etsə də, avtobusların sayının və intervalının normativlərə uyğun təşkil olunduğunu bildirdi: “Doğrudur, pik saatlarda sərnişin sıxlığı olur. Sürücülərimizin də pik saatlarda anons etdiyi kimi, avtobus dolduqdan sonra dayanacaqdakı sərnişinlərin növbəti avtobusu gözləmələri lazımdır. Sərnişin sıxlığı əsasən səhər 8.20 -8.45 arası, axşam isə 18.10-18.40 radələrində olur. Buna görə də, əlavə imkanlar cəlb etməklə həmin vaxt 1 saylı marşrut avtobuslarında interval minumum həddə endirilir. Sadəcə olaraq, bəzi sərnişinlərimiz dolu avtobusa minməkdə israr edir, 2 və ya 3 dəqiqə göləməklə növbəti avtobusa minmək istəmirlər. Ümumilikdə isə, hal-hazırda 1 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusların sayında və intervalında heç bir problem yoxdur. Həmin xətdə avtobusların hərəkəti qəbul olunmuş normativlərə uyğun təşkil olunur”, - deyə M.Piriyev qeyd edib.
Xatırladaq ki, 2015-ci ilin sentyabrından fəaliyyətə başlayan 1 saylı marşrut “28 May” metro stansiyasından başlayaraq, Heydər Əliyev prospektindən keçməklə “Neftçilər” metro stansiyası istiqamətində hərəkət edir. Ümumi uzunluğu 17,7 km. olan marşrut xətti hər iki istiqamət üzrə 15 dayanacağı özündə birləşdirir və nəzərdə tutulmuş xətt üzrə 14 avtobus fəaliyyət göstərir. Avtobusların hərəkət cədvəli saat 06:00-dan 23:00-a qədərdir.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










