Bank kartlarından oğurluğun “SİRRİ” AÇILDI – “Dərəbəylikdir...”

“Mən inanıram ki, Milli Qəhrəman Hökumə Əliyevanın atasından oğurlanmış pulları kompensasiya edəcəklər. Amma oğruları böyük ehtimalla tapa bilməyəcəklər”.
Avtosfer.az “AzPolitika”ya istinadən xəbər verir ki, bunu bank sahəsi üzrə tanınmış ekspert, hüquqşünas Əkrəm Həsənov bildirib.
“Necə ki, minlərlə belə qurbanların pullarını kartlardan çəkənləri tapa bilmirlər. Fərq sadəcə ondadır ki, həmin qurbanların pulunu banklar kompensasiya etmir. Məhkəməyə də müraciət edəndə onlar təbii belə bankların tərəfini tutur. Dərəbəylikdir”, - o, vurğulayıb.
Ekspert qeyd edib ki, kiberdələduzluğu ötən ilin 26 dekabr tarixində Mərkəzi Bankın sədri ilə görüşdə də qaldırıb:
“Demişəm ki, bu problem əsasən iri - sistem əhəmiyyətli banklardadır. O da məsələnin nəzarətdə olduğunu bildirərək qeyd etdi ki, iri bankların əməliyyatları çox olduğu üçün belə problemlərin də sayı təbii çoxdur”.
Ə.Həsənov bildirir ki, məsələ yalnız bunda deyil:
“Bir sıra orta və kiçik banklar var ki, onlarda belə problemlər olmur. İri bankların əsas problemi odur ki, acgözdürlər, inhisara meyllidirilər, o qədər müştəri cəlb edirlər ki, nəticədə həcmi həzm edə bilmirlər, normal təhlükəsizlik sistemi qura bilmirlər, kadr potensialları olduqca zəifdir və s. Niyə? Ona görə ki, bu bankların rəhbərləri maaşdan əlavə yüksək mükafatlar (bonuslar) alırlar. Buna görə də xərcləri azaltmaq üçün əllərindən gələni edirlər: sıravi işçilərə az maaş verirlər, İT, təhlükəsizlik və digər sahələrə xərcləri kəsirlər. İlin sonunda bankın gəlirinin xərcindən xeyli çox olması üçün hər şey edirlər ki, mükafatlarının məbləği də yüz minlərlə ölçülən rəqəmlər olsun. Çünki mükafatlar mənfəətə bağlıdır. Nəticədə bu bankarda xidmətin keyfiyyəti və təhlükəsizlik səviyyəsi aşağıdır. Bu da onları narahat etmir. Çünki inzibati resursdan istifadə edərək onsuz da geniş müştəri və maliyyə mənbələrinə malikdirlər. Digər tərəfdən, onların bağlanma ehtimalı olmadığı üçün sahibkarlar da hesablarını orada saxlayır, çünki bilirlər ki, bank bağlandısa, Əmanətlərin Sığortlanması Fondu oradan onlara heç nə verməyəcək, olan-qalan pulun da başına daş salacaq!. İşləri məhkəməyə düşəndə də eyni qayda ilə bütün problemlərini həll edirlər. Özləri şikayətçi olduqda isə çox zaman heç məhkəməyə də müraciət etmirlər. Hüquq-mühafizə orqanları kollektor həmişə qulluqlarında hazırdır”.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










