“Baş verən qəzaların 50 faizində günahkar piyadalardır” – Ekspert

Son günlər piyada ölümləri ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı artıb. Təkcə bu ilin 9 ayı ərzində 520 nəfər yol qəzalarında həlak olub.
Avtosfer.az xəbər verir ki, məsələylə bağlı nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov baş verən qəzaların səbəbkarının sürücülər və piyadalar olduğunu dedi.
Onun sözlərinə görə, yol-nəqliyyat hadisəsi baş verdikdə piyadalar yox, sürücülər məsuliyyətə cəlb edilir:
“Baş verən yol-nəqliyyat hadisələrini təhlil etdikdə görürük ki, burda təxminən hadisələrin 50 %-ində piyadalar elə özü günahkardır. Xüsusən də magistral, şosse yollarında, şəhərin içində olsun belə çoxzolaqlı yollarda piyadalar məsuliyyətsizlik edirlər. Demək olar ki, özlərini avtomobilin altına atırlar. Amma belə olan halda piyada cəmi 20 AZN cərimə oluna bilir. Problem ondan ibarətdir ki, sonra həmin cəriməni piyadadan almaq da bir az müşkül işə çevrilir. Düşünürəm ki, məsuliyyətsiz piyadalara qarşı da tədbirlər sərtləşdirilməlidir. Bu gün hər hansı bir piyada sürətli avtomobil yolunda özünü maşının altına atsa və sürücü onu vursa, yenə də sürücü məsuliyyətə cəlb olunur. Hələ bu günə kimi piyadanın məsuliyyətə cəlb olunduğunun şahidi olmamışam. Ona görə də düşünürəm ki, biz məsələnin kökünü burda axtarmalıyıq”. (redaktor.az)
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












